32 il öncə QANA BULANAN yeraltı: Hədəfdə təkcə metro deyildi…

32 il öncə QANA BULANAN yeraltı: Hədəfdə təkcə metro deyildi…
19.03.2026 13:13

1994-cü ilin 19 martı, saat 13:00... 32 il öncə Bakı baharın gəlişinə, Novruz bayramına hazırlaşırdı, lakin həmin gün qana bulandı...

Bakı metrosunda QANLI MART: Nə baş verdi?

1994-cü il martın 19-da Bakı metropoliteninin "20 Yanvar" stansiyasında törədilmiş terror aktından 32 il keçir. Həmin gün onlarla ailənin bayram sevincinin matəmə çevirildiyi gündür. Qatar stansiyada dayandığı, qapıların açılıb-bağlandığı o bir neçə saniyəlik zaman kəsiyində birinci vaqona yerləşdirilmiş saat mexanizmli bomba işə düşdü. Gurultu bütün stansiyanı lərzəyə gətirdi, saniyələr içində hər tərəfi qatı tüstü və yanıq qoxusu bürüdü. İnsanlar nə baş verdiyini anlamadan özlərini qan gölməçələrinin içində tapdılar. Bu, texniki bir qəza yox, dinc insanlara qarşı qabaqcadan planlaşdırılmış amansız bir qəsd idi. Nəticədə 14 nəfər həlak oldu, 49 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı.  


Yarımçıq qalan nəğmə...

Həmin gün Azərbaycan mədəniyyəti də ağır zərbə aldı. Partlayış nəticəsində həlak olan 14 nəfərdən biri də görkəmli bəstəkar, Azərbaycan caz musiqisinin ulduzu, Xalq artisti Rafiq Babayev idi. Erməni terrorçularının qurduğu ölüm tələsi onun musiqisini yarımçıq, sevənlərini isə gözüyaşlı qoydu. Rafiq Babayevin ölümü bu terrorun simasına çevrildi. 

Dövlətin reaksiyası və "Sadval" izi   

Faciədən dərhal sonra Ümummilli Lider Heydər Əliyev terrorun araşdırılması ilə bağlı Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzaladı. İstintaq nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, ləzgi xalqının azadlığı adı altında gizlənərək separatçı fəaliyyətlə məşğul olan "Sadval" təşkilatının üzvləri həbs olundu.


Məlum oldu ki, terrorun təşkilatçıları Ermənistan xüsusi xidmət orqanları ilə birbaşa əlaqədə olublar. 1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsindəki təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçmiş, Ermənistan Milli Təhlükəsizlik Baş İdarəsi bu şəxslərin maliyyələşməsində və silahlanmasında yaxından iştirak etmişdi.

Qorxunc planın digər hədəfləri 

İstintaq zamanı üzə çıxan daha bir dəhşətli fakt isə terrorçuların planlarının təkcə metro ilə məhdudlaşmaması idi. Təxribatçılar "20 Yanvar" stansiyası ilə yanaşı, Bakının "Nizami" kinoteatrında, Heydər Əliyev Sarayında və Bakı Lampa zavodunda da partlayışlar törətməyi planlaşdırmışdılar. Lakin dövlətin çevik müdaxiləsi bu böyük faciələrin qarşısını aldı. 

Terror aktı faktına görə ümumilikdə 11 nəfər məhkum edildi. Onlardan ikisinə ən ağır cəza — ölüm hökmü (güllələnmə), digər 9 nəfərə isə müxtəlif müddətli həbs cəzaları verildi. 

Bu gün həmin hadisədən düz 32 il keçir. “20 Yanvar” stansiyasından hər gün minlərlə insan keçir, qatarlar yenə eyni vaxtda gəlib gedir. Lakin divarlardakı o görünməz qan izləri, şəhid olan 14 nəfərin xatirəsi hələ də yaşayır. Bu terror aktı Azərbaycan xalqının yaddaşında silinməz bir yara, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror siyasətinin isə ən bariz sübutu olaraq qalır.

Biz martın 19-da təkcə itirdiklərimizi anmırıq, dünyaya da səslənirik: 

“Terrorun dini, dili və milləti yoxdur, qurbanları var...”.  

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Все новости