Bolqarıstan-Azərbaycan biznes forumu keçirildi

Bolqarıstan-Azərbaycan biznes forumu keçirildi
31.10.2025 18:27 Kənd Təsərrüfatı

Sofiyada İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın 7-ci iclası çərçivəsində Bolqarıstan-Azərbaycan biznes forumu keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə hər iki ölkədən dövlət qurumlarının rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, iqtisadiyyat, enerji, informasiya kommunikasiya texnologiyaları, qida, yüngül sənaye, elmi-texniki və humanitar, sosial, səhiyyə, ətraf mühit, turizm və digər sahələri təmsil edən şirkət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Bolqarıstan energetika nazirinin müavini İva Petrova qeyd edib ki, hər iki ölkənin maraqlarına uyğun olaraq müsbət inkişaf edən Azərbaycanla strateji əməkdaşlıq münasibətləri artıq yeni səviyyəyə çatıb. Bolqarıstan hökumətinin təbii qaz təchizatını şaxələndirmək və regionda enerji təhlükəsizliyini artırmaq istiqamətində Azərbaycanla mühüm əməkdaşlıq edir:  “Avropa məqsədləri kontekstində bir-biri ilə əlaqəli və vahid ümumavropa qaz bazarının yaradılması üçün Bolqarıstan hökuməti qaz infrastrukturunun inkişafı, milli qaz ötürmə şəbəkəsinin genişləndirilməsi və qonşu ölkələrlə əlaqələrin genişləndirilməsində maraqlıdır. Bu istiqamətdə bizim Azərbaycanla tərəfdaşlığımız enerji müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır” - deyə Bolqarıstanın energetika nazirinin müavini vurğulayıb.

Forumda çıxış edən Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri, kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. Bolqarıstanı Azərbaycanın qlobal enerji layihələrində fəal iştirakçı adlandıran nazir bildirib ki, enerji , o cümlədən yaşıl enerji sektorundakı əməkdaşlıq təkcə Bolqarıstan üçün deyil, bütün Avropa regionu üçün enerji təhlükəsizliyini gücləndirən mühüm amildir. Nazir Məcnun Məmmədov əlavə edib ki, enerji ilə yanaşı, kənd təsərrüfatı, qida emalı, turizm və beynəlxalq yük daşımaları da daxil olmaqla, iqtisadi əlaqələri inkişaf etdirmək üçün əhəmiyyətli potensiala malik bir çox digər sektorlar da mövcuddur. Nazir iş adamlarını yeni əməkdaşlıq imkanlarını araşdırmağa çağırıb.

Forumda Azərbaycan və Bolqarıstan arasında qarşılıqlı investisiya və ticarət əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi müzakirə edilib.

Tədbirdə çıxış edən Bolqarıstan Kiçik və Orta Müəssisələrin Təşviqi Agentliyinin icraçı direktoru Boyko Takov,  Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bolqarıstan və Azərbaycanda biznes mühiti, sahibkarlığın dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verib, hər iki ölkənin iqtisadi prioritetləri və xarici investorlar üçün yaradılmış imkanlar haqqında danışıblar.

Daha sonra Bolqarıstan və Azərbaycanda investisiya mühiti barədə təqdimatlar keçirilib.

Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub, işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilir.

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Boğazda düyün hissi hansı hallarda təhlükəlidir? 16:10 Hərbi qulluqçular imtahana cəlb olunur - FOTO 16:13 Azərbaycanda vergi borcları 4 milyard manatı keçib 16:06 Jurnalistika üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı 16:00 Nuru Paşa ilə Özdəmiroğlu Osman Paşanı müqayisə etmək olar? - DETALLAR 15:50 Uşaq bağçaları YOXLANILACAQ 15:45 Rəsmiyyətə bir addım qaldı: Qazaxıstan yeni məşqçisini tapdı! 15:36 Fazil Mustafa: “Tarixi şəxsiyyətləri bütləşdirmək doğru deyil” 15:34 TƏCİLİ: Ukrayna dronları Yaltanı vurdu, çimərliklər bağlandı - VİDEO 15:32 Azərbaycanın gənc basketbolçularından xarakter nümayişi! 15:15 "Tarqovı"da obyekt yanır - VİDEO - YENİLƏNDİ 11:51 Bu iki ölkə AB-yə qoşulacaq 15:08 Yemelyanenko yox, Verdum! Uoker seçimiylə təəccübləndirdi 15:04 Bir il kənarda qaldı, “Formula-1”ə sevgisi daha da artdı! 14:51 Üç ölkə “Məkkə Sazişi” imzaladı - Üzvlərdən birinə hücum edilsə... 14:45 Hemilton “Ferrari”də nəhayət dönüş nöqtəsinə çatdı! 14:39 Tovuzda 65 yaşlı qadın öldürüldü, qardaşı oğlu tutuldu 14:28 Hörmüz boğazı ilə bağlı razılaşma əldə olundu 14:23 Xodar tennis tarixinin seçilmişləri sırasına düşdü! 14:14 İsrailin Türkiyəyə qarşı gizli planı ortaya çıxdı 14:11 Bayındır Avropa Liqası iştirakçısına transfer olundu! 13:48 Xameneinin səhhəti pisləşdi - İDDİA 13:39 Azərbaycanda yeni komitə yaradıldı - SƏRƏNCAM 13:24 Azərbaycanın Pakistandakı səfiri dəyişdi 13:22 Azərbaycanın Malayziyadakı səfiri geri çağırıldı 13:20 Bütün Xəbərlər