AXA: 150 mindən çox qəhvəyi mərmər bağacığı məhv edilib

AXA: 150 mindən çox qəhvəyi mərmər bağacığı məhv edilib
11.12.2025 13:48

Aqrar Xidmətlər Agentliyinin 90-dan çox əməkdaşı qəhvəyi mərmər bağacığının sirayətləndiyi Şəki-Zaqatala, Qazax-Tovuz və Quba-Xaçmaz regionları üzrə fəaliyyətlərini davam etdirir. Cari ildə Respublika üzrə 31 rayon 277 kənddə monitorinqlər aparılıb, bu rayonların 12-də sirayətlənmə müşahidə olunub. Müşahidə olunan ərazilərdə 150 mindən çox zərərverici mexaniki üsulla məhv edilib.

TodayPress TV xəbər verir ki, AXA mütəxəssisləri həyata keçirilən kompleks tədbirlər çərçivəsində yaşayış məntəqələrinə yaxın ərazilərdə, qışlama yerlərində, həyatyanı sahələrdə, çardaxlarda, eləcə də yarımçıq tikililərdə zərərvericinin yayılma dinamikasını qiymətləndirir, riskli sahələri müəyyən edərək kimyəvi preparatlarla hədəf yönümlü mübarizə aparırlar. 

Bu dövrdə ən effektiv mübarizə üsullarından biri də müxaniki mübarizədir. Təcrübə göstərir ki, zərərvericinin qışlama mərhələsində aparılan mexaniki tədbirlər onun məhv edilməsinə və yaz aylarında kütləvi yayılmasının qarşısını almağa mühüm təsir göstərir. Onu da qeyd etmək lazımdır ki, hazırda zərərvericinin qışlama dövrü nəzərə alınaraq mexaniki mübarizə tədbirlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Bu çərçivədə mütəxəssislər yaşayış evlərinin çardaq və zirzəmilərində, saxlanc yerlərində və bağ sahələrində bağacığın gizlənə biləcəyi yerlərin müəyyən edilməsi və təmizlənməsi istiqamətində vətəndaşlara tövsiyələr verirlər.

Görüşlər zamanı əhaliyə bağacığın toplanaraq məhv edilməsi, qışlama yerlərinin mexaniki təmizlənməsi, yarpaq, bitki qalıqları və tullantıların sahələrdən kənarlaşdırılmasının vacibliyi izah olunur. Eyni zamanda riskli sahələrin mütəmadi yoxlanılması və zərərverici aşkar edildikdə aidiyyəti qurumlara operativ məlumat verilməsi tövsiyə edilir.

Maarifləndirici tədbirlər qəhvəyi mərmər bağacığının populyasiyasının azalmasına, yaz-yay mövsümündə kütləvi yayılmanın qarşısının alınmasına və kənd təsərrüfatı məhsullarında itkilərin minimuma endirilməsinə xidmət edir.

Aqrar Xidmətlər Agentliyi tərəfindən regionlarda mexaniki mübarizə tədbirləri və monitorinqlər növbəti mərhələlərdə də ardıcıl şəkildə davam etdiriləcək.

TodayPress TV

ФОТО

AXA: 150 mindən çox qəhvəyi mərmər bağacığı məhv edilib — 1
AXA: 150 mindən çox qəhvəyi mərmər bağacığı məhv edilib — 2
AXA: 150 mindən çox qəhvəyi mərmər bağacığı məhv edilib — 3
AXA: 150 mindən çox qəhvəyi mərmər bağacığı məhv edilib — 4
AXA: 150 mindən çox qəhvəyi mərmər bağacığı məhv edilib — 5
AXA: 150 mindən çox qəhvəyi mərmər bağacığı məhv edilib — 6
AXA: 150 mindən çox qəhvəyi mərmər bağacığı məhv edilib — 7
AXA: 150 mindən çox qəhvəyi mərmər bağacığı məhv edilib — 8
AXA: 150 mindən çox qəhvəyi mərmər bağacığı məhv edilib — 9
ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Geyci Topuriyanı məğlub etdi -VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 Все новости