Yorgensen: "Aİ Azərbaycandan tədarükü artıraraq enerji resurslarının idxalını diversifikasiya edir"

Yorgensen: "Aİ Azərbaycandan tədarükü artıraraq enerji resurslarının idxalını diversifikasiya edir"
31.03.2026 21:43 Xarici siyasət

Avropa İttifaqı (Aİ) enerji təchizatı mənbələrinin şaxələndirilməsini davam etdirərək Azərbaycan, eləcə də ABŞ, Norveç, Əlcəzair və Kanadadan tədarükləri artırır.

TodayPress TV xəbər verir ki, bunu energetika üzrə Avropa komissarı Dan Yorgensen Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Aİ ölkələrinin energetika nazirlərinin qeyri-rəsmi görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

"Əlbəttə, kimdən idxal etdiyinizin əhəmiyyəti var və xüsusən də söhbət uzunmüddətli müqavilələrdən gedirsə, bu, idxalçı ölkələr üçün üstünlük ola bilər", - deyə komissar bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı artıq Rusiya qazından asılılığını 45 %-dən təqribən 10 %-ə qədər azaldıb və bu göstərici sıfıra endiriləcək.

Amma ən böyük problem enerji daşıyıcılarının qiymətləri olaraq qalır. Yorgensen qeyd edib ki, Yaxın Şərqdə münaqişə başlayandan bəri Avropa İttifaqında qazın qiyməti təqribən 70 %, neftin qiyməti isə 60 % artıb. Böhranın 30 günü ərzində Aİ-nin qazıntı yanacağı idxalı xərcləri 14 milyard avro çoxalıb.

Avropa komissarı bildirib ki, neft və qaz tədarükündə ciddi fasilələrin olmamasına baxmayaraq, bəzi neft məhsulları, o cümlədən dizel və aviasiya yanacağı bazarlarında gərginlik, eləcə də qlobal qaz bazarına təzyiqin artması müşahidə olunur ki, bu da elektrik enerjisinin qiymətlərində öz əksini tapır.

"Biz çox ciddi bir vəziyyətlə üzləşirik. Bu böhranın enerji bazarları üçün fəsadları qısamüddətli olmayacaq", - deyə o qeyd edib.

Yorgensen Aİ ölkələrini razılaşdırılmış şəkildə hərəkət etməyə, bazarlardakı sabitliyi poza biləcək fraqmentləşmiş milli tədbirlərdən və siqnallardan qaçmağa çağırıb. Onun sözlərinə görə, görülən tədbirlər tələb və təklif disbalansını dərinləşdirmədən məqsədyönlü və vaxtında olmalıdır.

Avropa Komissiyası artıq qaz anbarlarının doldurulması və neft təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyətləri əlaqələndirir, eləcə də ev təsərrüfatlarına və biznesə dəstək üçün tədbirlər paketi hazırlayır.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
"Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 All News