Yalçın Rəfiyev BMT-nin UNFCCCnin 62-ci sessiyasında iştirak etdi

Yalçın Rəfiyev BMT-nin UNFCCCnin 62-ci sessiyasında iştirak etdi
27.06.2025 14:07 Xarici siyasət

Azərbaycan Xarici İşlər Nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərliyi ilə COP29 Sədrliyinin danışıqlar üzrə nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Köməkçi Orqanlarının 62-ci sessiyasında (SB62) və bu çərçivədə keçirilən tədbirlərdə iştirak edib.

Bu barədə TodayPress TV-yə XİN-dən verilən məlumata görə, SB62 çərçivəsində nazir müavini Y.Rəfiyev Türkiyə, Avstraliya, Səudiyyə Ərəbistanı, Koreya Respublikası, Filippin, Qırğız Respublikası, Misir və Çin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib və bir sıra aparıcı beynəlxalq media qurumlarına müsahibələr verib.

Sessiyanın gündəliyinin razılaşdırılması üzrə ilk 2 gün ərzində aparılmış danışıqlar nəticə vermədiyi üçün Köməkçi Orqanların sədrləri və COP30-un Braziliya Sədrliyinin müraciəti əsasında ölkəmizin nümayəndə heyəti Tərəf dövlətlər arasında kompromisin əldə edilməsi məqsədilə vasitəçilik edib və intensiv danışıqlardan sonra gündəliyin qəbuluna nail olunub.

UNFCCC-nin Köməkçi Orqanların sədrləri, eləcə də çıxış edən bir sıra nümayəndə heyətləri SB62-nin gündəliyinin razılaşdırılması və qəbul edilməsi prosesində göstərdiyi həlledici dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür ediblər.

COP30-un gündəliyində olan bir neçə vacib istiqamət üzrə danışıqların COP29-da Azərbaycan Sədrliyi tərəfindən hazırlanmış sənəd layihələri üzərindən başlanması barədə razılığa gəlinib. Nəticədə, bəzi yekun qərarlarda Azərbaycan tərəfinin COP29-da hazırladığı layihələrin mətnlərindən istifadə olunub.

Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən COP29-un tarixi nəticələrini təşviq etmək, eləcə də COP29 çərçivəsində həyata keçirilən uğurlu fəaliyyətin ardıcıllığını təmin etmək məqsədilə tədbirlər təşkil edilib.

Bu tədbirlərdən dördü COP29 Sədrliyinin Fəaliyyət Planının təşəbbüsləri olan İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT), Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi (Bakı Hub) Tərəfdaşlığı: Sülh naminə İqlim Fəaliyyətinin Təşviqi və Bakı Qlobal İqlim Şəffaflığı Platforması ilə bağlı olub

SB62-də həmçinin Azərbaycanla Braziliya tərəfindən COP29-da Azərbaycan və Braziliyaya verilmiş mandatdan irəli gələrək iqlim maliyyəsinin 1.3 trilyona qaldırılması ilə bağlı “Bakıdan Belemə 1.3 trilyon ABŞ dolları üzrə Yol Xəritəsi”nə dair dövlət və qeyri-dövlət aktorlarla iki dinləmə görüşü və “Bakıdan Belemə: Uyğunlaşma ambisiyalarının danışıqlardan fəaliyyətə keçidi” adlı konfrans təşkil edilib.

Bundan əlavə, COP29 Sədrliyi rolundan irəli gələrək, Azərbaycanın danışıqlar üzrə nümayəndə heyəti SB62 çərçivəsində iqlim dəyişmələrinin müxtəlif istiqamətlərini əhatə edən çoxsaylı mandatlı tədbirin açılışını edərək, COP29-un tarixi nəticələrinin iqlim fəaliyyətinə verdiyi töhfələri diqqətə çatdırıb, xüsusilə də həmin qərarların iqlim dəyişmələri ilə mübarizəyə, o cümlədən imkanları zəif olan dövlətlərə verəcəyi töhfələri qeyd ediblər.

XƏBƏR LENTİ
31 IYUL 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Bütün Xəbərlər