Yakup Erikel Azərbaycan Liderini təbrik etdi

Yakup Erikel Azərbaycan Liderini təbrik etdi
30.05.2025 13:46 Xarici siyasət

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, təbrikdə deyilir:

 "Hörmətli cənab Prezident. 

Sizi “Konstitusiya və Suverenlik İli”ndə 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Türk Dünyası Mediatorlar Birliyi və bütün türkdilli dövlətlərin mediatorları adından təbrik etmək şərəfinə nail olduğum üçün çox xoşbəxtəm.

Məhz Sizin liderliyinizlə 28 May tarixinə yeni ruh qatılaraq, can Azərbaycanımızın ərazi bütövlüyü, suverenliyi tam təmin olunub və bu, ölkənin müasir tarixinə qızıl hərflərlə yazılıb. 

Sizin söylədiyiniz və Türk dünyası mediatorlarının bütün tədbirlərində sevə-sevə dinlədiyimiz, dillər əzbərimiz olan “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik.

Bu, bizim üçün prioritetdir. Azərbaycanın yürütdüyü siyasət bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur.

Bizim ailəmiz Türk dünyasıdır” sözləriniz bizim əsas fəaliyyət xəttimizi müəyyən edir. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Sizin Türk dünyası üçün müəyyən etdiyiniz strateji xətt bundan sonra yüz illər üçün böyük işlərin həm təməli, həm də davamıdır. 

Cənab Prezident, Sizin Azərbaycanda apardığınız innovativ islahatlar bu gün nəinki türkdilli dövlətlər, eyni zamanda, bir çox digər ölkələr üçün də nümunə sayılır. Sizin imzaladığınız “Mediasiya haqqında” Qanun Türkdilli dövlətlərin mediatorlarının demək olar ki, bütün tədbirlərində örnək kimi qəbul edilir. Artıq bir neçə türkdilli dövlət bu qanunu model qanun olaraq qəbul edib və mediasiya institutunun, mediator peşəsinin inkişafında Azərbaycanın nümunəsini tətbiq edir.

Bizim peşəmiz dünya üçün yeni yaradılan peşələr sırasındadır. Siz isə Azərbaycanda bu peşə fəaliyyətinin müəllifisiniz. Nəinki türkdilli dövlətlər, həmçinin mediasiya təsisatı olmayan bir çox ölkələr də Sizin bu qərarınızdan ilhamlanaraq öz ölkələrində həmin peşə növünün inkişafı üçün işlər görürlər. Bunun üçün Sizə xüsusi təşəkkür edirəm. 

“Mediasiya haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı bu yaxınlarda imzaladığınız Qanun da bu gün mediatorların diqqət mərkəzindədir. Hətta Özbəkistanda təşkil olunacaq Mediatorların Beynəlxalq Yay Məktəbində həmin Qanunun öyrənilməsi və digər dövlətlərdə tətbiqi ilə bağlı panel müzakirələr və təqdimatlar keçiriləcəkdir.

Qurucu üzvlərindən biri də Azərbaycan olan Türk Dünyası Mediatorlar Birliyinin yaradılmasında Sizin strateji xəttinizin çox mühüm rolu var. 

Cənab Prezident, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev qeyd etmişdir ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.

Məhz Sizin rəhbərliyinizlə can Azərbaycan bu çətin işi bacardı və ərazi bütövlüyünü bərpa etdi, müstəqilliyini qoruyub saxladı.

Bütün Türk dünyası Sizinlə qürur duyur.  Sizi bir daha təbrik edir və Zati-alinizə ən xoş arzularımızı bildiririk.

XƏBƏR LENTİ
01 AVQUST 2026
"Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Bütün Xəbərlər