XIII Bakı Qlobal Forumu çərçivəsində panel müzakirə keçirildi

XIII Bakı Qlobal Forumu çərçivəsində panel müzakirə keçirildi
12.03.2026 15:23 Xarici siyasət

Bu gün XIII Bakı Qlobal Forumu çərçivəsində “Qlobal Təhlükəsizlik və Güc Balansı: Beynəlxalq Hüquqa Hörmət, Yeni Məsələlər, Yeni Çağırışlar” adlı panel müzakirəsi keçirilib.

TodayPress TV xəbər verir ki, panel müzakirəsində çıxışçılar mövzu ilə bağlı fikirlərini bölüşüb.

Belçikanın keçmiş Baş naziri, Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel diqqətə çatdırıb ki, Aİ-nin söykəndiyi bütün prinsiplər dağılmaqdadır, beynəlxalq hüquq hər gün təhdidə və təcavüzə məruz qalır: “Strateji alternativlər əsasında düşünülməli, qərarlar verilməlidir. ABŞ-la strateji ittifaq dəyişir, Aİ daha müstəqil qərarlar qəbul etməlidir. Yaxın Şərqdəki vəziyyət, Venesuela, Qrenlandiya ilə bağlı fikir ayrılıqlarını görürük. Aİ ölkələri təhlükəsizlik və müdafiə sahəsində vəziyyəti düzəltməlidir, etibarlı tərəfdaşlıqlar qurulmalıdır. Vaxtilə Rusiyanın mədən yanacağından və Çinin ucuz mallarından asılı idik, düşünürəm bu vəziyyət bitib”.

Misirin keçmiş xarici işlər naziri, Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa isə qlobal təhlükəsizliyə təhdidlərdən bəhs edib və vəziyyətin dəyişməli olduğunu bəyan edib: “Qlobal təhlükəsizlik ötən illərdə qlobal supergüclər tərəfindən müəyyən edilirdi, bu, belə davam edə bilməz. Qlobal Şimal və Qlobal Cənub arasında uçurum var”.

Avstriyanın sabiq Kansleri Sebastian Kurtsun sözlərinə görə, BMT-nin zəruriliyinə dəlalət edən amillər hamı üçün qəbul edilir, lakin BMT getdikcə köhnəlir və təsir gücünü itirir.

Avstriyanın sabiq Kansleri Alfred Quzenbauer qeyd edib ki, artıq Qərbə sırf liberal demokratiyanın keşiyində dayanan məkan kimi baxa bilmirlər, burada sadəcə Avropa İttifaqı qalıb.

Norveçin sabiq Baş naziri Kyell Magne Bondevik deyib ki, Avropa İttifaqı artıq tək qalıb, ABŞ tutduğu mövqelərdən, təşkilatlardan geri çəkilir: “Bu da təbii olaraq Avropanın bu gün daha çox həmrəy olmasına gətirib çıxarıb. Çünki tək qalmışıq. Düşünürəm ki, gələcəkdə regional təşkilatlar qlobal təşkilatlardan daha böyük rol oynayacaq - xüsusən də təhlükəsizlik məsələsində”.

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 All News