Xankəndidə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkianın görüşü oldu - YENİLƏNDİ2

Xankəndidə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkianın görüşü oldu - YENİLƏNDİ2
04.07.2025 18:52 Xarici siyasət

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın görüşü olub.

TodayPress TV xəbər verir ki, dövlət başçıları söhbət zamanı Azərbaycanla İranın dost, qonşu, qardaş ölkələr olduqlarını vurğulayaraq, ölkələrimiz arasında mədəni, etiqad, ənənələr, etnik baxımdan qohumluq və qardaşlıq əlaqələrinin mövcudluğunu qeyd etdilər.

Dövlətimizin başçısı dəvəti qəbul edib İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakına görə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təşəkkürünü bildirdi, onun bu səfərinin və keçirilən görüşün Azərbaycan-İran ikitərəfli əlaqələrinin, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından əhəmiyyətli olduğunu dedi.

Məsud Pezeşkianın bu ilin aprelində ölkəmizə rəsmi səfərinin ikitərəfli əlaqələrimizdə yeni səhifə açdığını vurğulayan Prezident İlham Əliyev həmin səfər zamanı müzakirə olunan mövzuların həyata keçirilməsi üçün hökumətlərarası komissiyanın rəhbərləri və aidiyyəti dövlət qurumları tərəfindən ardıcıl surətdə işlərin aparıldığını qeyd etdi.

Dövlətimizin başçısı İsraillə İran arasında qarşıdurmanın baş verməsindən dərhal sonra İrana qarşı olan bu hərəkətlərin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən qınanıldığını bildirdi. Prezident İlham Əliyev bu qarşıdurmada İranın rəsmi və mülki şəxslərinin həlak olması ilə əlaqədar bir daha Azərbaycan tərəfinin İran xalqına başsağlığını çatdırdı, Azərbaycan dövlətinin və xalqının İran dövləti və xalqı ilə həmrəyliyini, dəstəyini ifadə etdi. Dövlətimizin başçısı Azərbaycanın həmişə haqq-ədalətin tərəfdarı olduğunu vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, müsəlman ölkələri, o cümlədən qonşu dövlətlər ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biridir.

İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Azərbaycanda, Xankəndi şəhərində təşkil edilməsini və gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün ölkəmizdə keçiriləcəyini vurğulayan dövlətimizin başçısı bütün bunları İslam dünyası tərəfindən ölkəmizə olan etimadın və hörmətin növbəti nümunəsi kimi qiymətləndirdi.

İran İslam Respublikasının Prezidenti də İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırdı.

Azərbaycana rəsmi səfərini və keçirilmiş görüşləri məmnunluqla xatırlayan Məsud Pezeşkian səfərin nəticəsi olaraq Azərbaycan-İran əlaqələrində yeni səhifənin açıldığını vurğuladı, bu xüsusda, artıq Bakı ilə Tehran, Bakı ilə Təbriz arasında təyyarə reyslərinin artırılmasını, Ağbənd-Kəlalə avtomobil yolu körpüsünün tikintisi istiqamətində işlərin aparılmasını qeyd etdi və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxundu.

İran Prezidenti İsraillə baş vermiş qarşıdurma zamanı Azərbaycanın göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə, həmçinin ECO çərçivəsində əlaqələrin genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıldı.

***

17:06

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın görüşü olub.

***

16:41

Bu dəqiqələrdə Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın görüşü keçirilir.

FOTOLAR

Xankəndidə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkianın görüşü oldu - YENİLƏNDİ2 — 1
Xankəndidə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkianın görüşü oldu - YENİLƏNDİ2 — 2
XƏBƏR LENTİ
16 IYUN 2026
Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Bütün Xəbərlər