Türkiyənin Baş prokurorunun səfərinin məqsədi NƏDİR?

Türkiyənin Baş prokurorunun səfərinin məqsədi NƏDİR?
06.04.2026 15:31 Xarici siyasət

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti Kamran Əliyevin dəvəti ilə Azərbaycanda rəsmi səfərdədir.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror Kamran Əliyevlə türkiyəli həmkarı arasında baş tutan görüş zamanı iki dövlət arasında qardaşlıq və əməkdaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın dinamik inkişaf etdiyi vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan ilə Türkiyə arasında münasibətlərin əsasında dayanan və Ümummilli Lider Heydər Əliyev tərəfindən irəli sürülmüş "bir millət, iki dövlət" konsepsiyası hazırda dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan sıx dostluq münasibətləri və siyasi iradə sayəsində daha da genişlənərək bütün sahələrdə, o cümlədən prokurorluq və hüquq-mühafizə orqanları arasında əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir. Bu əməkdaşlıq hər iki dövlətin hüquqi sistemlərinin inkişafına, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə və beynəlxalq hüquqi əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərir.

Görüşdə Kamran Əliyev qonaqlara Azərbaycanda həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin rəqəmsallaşdırılması, müasir idarəetmə mexanizmlərinin tətbiqi və institusional inkişaf istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Muhsin Şentürk təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini, iki qardaş ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, ekstradisiya, hüquqi yardım, prokurorların təlimi və digər istiqamətlər üzrə əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

Bundan başqa, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi müzakirə olunub, hər iki ölkənin prokurorluq orqanlarının beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının genişləndiyi, xüsusilə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş Prokurorluqlarının Şurası çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirildiyi, hüquqi əməkdaşlıq, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı Muhsin Şentürkə iki qardaş ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə təltif olunduğu "Azərbaycan Prokurorluğunun 100 illiyi" Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.

Görüşdə, həmçinin Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün iştirak edib.

Qeyd edək ki, səfər çərçivəsində Muhsin Şəntürkün ölkəmizdə həyata keçirilən hüquq islahatları və aparılan institusional dəyişikliklərlə tanış olmaq məqəsilə bir sıra yüksək vəzifəli şəxslərlə rəsmi görüşlər keçirməsi planlaşdırılır.

TodayPress TV

PHOTOS

Türkiyənin Baş prokurorunun səfərinin məqsədi NƏDİR? — 1
Türkiyənin Baş prokurorunun səfərinin məqsədi NƏDİR? — 2
Türkiyənin Baş prokurorunun səfərinin məqsədi NƏDİR? — 3
Türkiyənin Baş prokurorunun səfərinin məqsədi NƏDİR? — 4
Türkiyənin Baş prokurorunun səfərinin məqsədi NƏDİR? — 5
Türkiyənin Baş prokurorunun səfərinin məqsədi NƏDİR? — 6
Türkiyənin Baş prokurorunun səfərinin məqsədi NƏDİR? — 7
Türkiyənin Baş prokurorunun səfərinin məqsədi NƏDİR? — 8
Türkiyənin Baş prokurorunun səfərinin məqsədi NƏDİR? — 9
NEWS FEED
16 JUNE 2026
Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 All News