Teodora Georgieva: "Azərbaycan qazı Avropada güclənəcək"

Teodora Georgieva: "Azərbaycan qazı Avropada güclənəcək"
07.01.2026 14:15 Xarici siyasət

"Bolqarıstanın əsas qaz təchizatı Azərbaycan qazı hesabına formalaşıb".

TodayPress TV xəbər verir ki, bunu Yunanıstan–Bolqarıstan qaz interkonnektorunun (ICGB) icraçı direktoru və idarə heyətinin üzvü Teodora Georgieva bildirib. O deyib ki, hazırda Bolqarıstanın qaz balansında əsas pay Azərbaycan qazının payına düşür və bu qaz ICGB xətti vasitəsilə ölkəyə fasiləsiz şəkildə nəql olunur.

Onun sözlərinə görə, ICGB üzərindən nəql edilən Azərbaycan qazı qiymət baxımından ən rəqabətli mənbə olmaqla yanaşı, Bolqarıstanın enerji təhlükəsizliyində əsas dayağa çevrilib. Qeyd olunub ki, xəttin istismara verilməsindən sonra qaz təchizatında fasilə qeydə alınmayıb və bu, xüsusilə regional və qlobal enerji böhranları fonunda Azərbaycan qazının etibarlı mənbə kimi rolunu ön plana çıxarıb.

Teodora Georgieva vurğulayıb ki, ICGB Cənub Qaz Dəhlizi və “Vertical Gas Corridors” təşəbbüsləri çərçivəsində strateji marşrut rolunu oynayır. Bu çərçivədə hazırda mövcud olan və planlaşdırılan 2-ci və 3-cü marşrutlar gələcəkdə əlavə Azərbaycan qazı həcmlərinin Cənub-Şərqi Avropa və daha geniş Avropa bazarlarına çıxarılmasını mümkün edəcək.

Açıqlamada qeyd olunub ki, layihə üzrə əsas tərəfdaşlardan biri SOCAR olaraq qalır və ICGB-nin uzunmüddətli dayanıqlığı məhz Azərbaycan qaz tədarükünün stabil xarakteri ilə birbaşa bağlıdır. Bildirilib ki, interkonnektorun genişləndirilməsi üçün zəruri satınalma paketi təsdiqlənib və bu, perspektivdə Azərbaycan qazının Avropa bazarındakı mövqeyini daha da gücləndirəcək.

ICGB rəhbərliyi Azərbaycanı regionun enerji təhlükəsizliyində strateji tərəfdaş kimi dəyərləndirərək, interkonnektorun istismarının Avropanın qaz təchizatının şaxələndirilməsində mühüm rol oynadığını qeyd edib.

TodayPress TV


NEWS FEED
01 AUGUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 All News