Şimali Makedoniya Prezidenti Azərbaycan dövlət başçısını təbrik etdi

Şimali Makedoniya Prezidenti Azərbaycan dövlət başçısını təbrik etdi
27.05.2025 15:04 Xarici siyasət

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

TodayPress TV xəbər verir ki, təbrikdə deyilir: 

"Zati-aliləri.  İcazə verin, milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını ölkəmizin vətəndaşları adından və şəxsən öz adımdan səmimiyyətlə təbrik edim, firavanlıq və tərəqqi arzularımı çatdırım. 

Bu mühüm tarix Azərbaycan Respublikasının beynəlxalq arenada təkcə siyasi sahədə deyil, həm də texnologiya, innovasiya və elm sahələrində qəti addımlarla öz rolunu gücləndirməkdə davam edən əzmkarlığı, suverenliyi və inkişafı ilə əlamətdardır.

Tarixlə müasirliyi mükəmməl şəkildə birləşdirən, uzun müddət yaddaşımda qalacaq bir ölkə olan Azərbaycana bu yaxınlarda rəsmi səfərim zamanı buna həqiqətən də əmin oldum. 

Bu xoş fürsətdən istifadə edərək, qonaqpərvərliyinizə və ikitərəfli münasibətlərə yeni ruh və məzmun gətirəcəyinə əmin olduğum konstruktiv danışıqlara görə Sizə səmimi-qəlbdən minnətdarlığımı bildirirəm. 

Sizin strateji tərəfdaşlığa hazır olmağınızdan ruhlanaraq mən də böyük inamla və nikbinliklə qarşılıqlı maraq doğuran bütün sahələrdə, ilk növbədə enerji, ticarət, təhsil, mədəniyyət və elm sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün səylər göstərəcəyəm. 

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar arzulayıram. 

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı ifadə edirəm".

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər