Səfirlik: İkitərəfli təhlükəsizlik ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunlarından biridir

Səfirlik: İkitərəfli təhlükəsizlik ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunlarından biridir
05.01.2026 11:47 Xarici siyasət

İkitərəfli təhlükəsizlik ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunlarından biridir.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

"ABŞ-nin Bakıdakı səfirliyi yanvarın 4-də Oklahoma ştatından senator Markveyn Mallinin rəhbərlik etdiyi ikipartiyalı Konqres nümayəndə heyətini Azərbaycanda qəbul edib. Senator Mallini Missuri ştatından nümayəndə Ceyson Smit, Texas ştatından nümayəndə Ronni Cekson və Kaliforniya ştatından nümayəndə Cimmi Panetta müşayiət edib. Nümayəndə heyəti Prezident Trampın 8 avqust tarixində Ağ Evdə keçirilmiş tarixi Sammitindən sonra regionda davamlı sülhün təmin edilməsi, eləcə də ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etmək üçün Prezident Əliyev ilə görüşüb. Nümayəndə heyəti, həmçinin, Şəhidlər Xiyabanını ziyarət edib və təhlükəsizlik və müdafiə məsələlərini müzakirə etmək üçün müdafiə naziri Zakir Həsənovla ayrıca görüş keçirib. Görüşlər zamanı ikitərəfli təhlükəsizlik əməkdaşlığımızın əsas sütunlarından biri olan Oklahoma Milli Qvardiyası ilə Azərbaycan arasında uzunmüddətli tərəfdaşlıq proqramı da xüsusi vurğulanıb", - məlumatda qeyd edilib.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhədləri yenidən bağladı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 All News