Səfir: "Venesuela ilə Azərbaycan arasında əlaqələr möhkəmlənir"

Səfir: "Venesuela ilə Azərbaycan arasında əlaqələr möhkəmlənir"
05.07.2025 21:55 Xarici siyasət

Bakıda Venesuela Bolivar Respublikasının Müstəqillik Gününün 214-cü ildönümü ilə bağlı tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, Venesuela səfiri Kristofer Martinez Berroteran bildirib ki, Azərbaycan və Venesuela arasında əlaqələr möhkəmlənir, eyni zamanda, iki ölkə təhsil, mədəniyyət və bir sıra digər sahələrdə müştərək layihələr üzərində çalışır.

Səfir Venesuelanın azadlıq və müstəqillik yolunda keçdiyi çətinliklərdən danışıb. Venesuela səfiri dünyada yenidən neokolonializm və faşizmi dirçəltmək meyllərinin müşahidə olunduğunu diqqətə çatdırıb.

Kristofer Martinez ölkəsinin dünyada sülh üçün çalışdığını ifadə edib. O, ölkəsinin çoxqütblü dünyanın qurulmasına çalışdığını bildirib.

Diplomat Venesuela Prezidenti Nikolas Maduronun iyul ayının 25-dən 30-na kimi keçirilməsi gözlənilən sülh sammitinə dünya liderlərini dəvət etdiyini bəyan edib.

Tədbirin davamında Venesuelanın müstəqillik yolunun tarixi ilə bağlı qısametrajlı filmlər nümayiş etdirilib.

Tədbir çıxışlarla başa çatıb.

XƏBƏR LENTİ
31 IYUL 2026
Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 Bütün Xəbərlər