Səbinə Əliyeva Maltada beynəlxalq konfransda iştirak etdi

Səbinə Əliyeva Maltada beynəlxalq konfransda iştirak etdi
17.10.2025 09:58 Xarici siyasət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Malta Respublikasında “Mürəkkəb dövrdə yaxşı idarəçiliyin dəstəklənməsi: Ombudsmanın rolu” mövzusuna həsr olunmuş beynəlxalq konfransda iştirak edib.

TodayPress TV xəbər verir ki, Malta Respublikasının dövlət və hökumət rəsmilərinin, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarının iştirak etdiyi tədbirdə çıxışı zamanı Müvəkkil etik idarəetmə və yaxşı idarəçilik prinsiplərinin gücləndirilməsinin müasir dövrdə ictimai etimadın qorunması baxımından aktual məsələlərdən biri olduğunu qeyd edib.

Ombudsman çıxışında idarəetmə etikasının gücləndirilməsinin dövlət orqanlarının fəaliyyətinə ictimai etimadı möhkəmləndirdiyini və yaxşı idarəçiliyin davamlılığını təmin etdiyini bildirib. O, idarəetmə etikası ilə birlikdə qanunun aliliyi və insan hüquqlarına hörmət anlayışlarının həyata keçirilməsinin təşviqinin Ombudsman təsisatlarının əsas fəaliyyət istiqamətlərindən olduğunu da vurğulayıb.

Müvəkkil ölkəmizdə işgüzar idarəetmə etikası və yaxşı idarəçilik prinsiplərinin möhkəmləndirilməsinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu və Azərbaycan Ombudsmanının müvafiq istiqamətdə ardıcıl fəaliyyət göstərdiyini, dövlət proqramlarında, milli fəaliyyət planlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə mandatı çərçivəsində töhfə verdiyini söyləyib.

Ombudsman illik məruzəsində, habelə aidiyyəti dövlət qurumlarına təqdim olunan sorğu, təklif və tövsiyələrində idarəetmə etikasının inkişafı məqsədilə tamlıq, şəffaflıq və yaxşı idarəçilik prinsiplərinin möhkəmləndirilməsi və təkmilləşdirilməsi istiqamətində mühüm addımların öz əksini tapdığını vurğulayıb.

Səbinə Əliyeva müasir dövrdə qloballaşmanın və texnologiya sahəsinin, xüsusilə süni intellektin inkişafının idarəetmə etikasının təmin edilməsini daha da aktuallaşdırdığını bildirib. Ombudsman bu çağırışlara adekvat cavab olaraq rəqəmsal resurslardan geniş istifadə etməklə, ictimaiyyətin məlumatlandırılması və vətəndaşların müraciət imkanlarının asanlaşdırılması istiqamətində təşəbbüslərin həyata keçirildiyini diqqətə çatdırıb.

Səfər çərçivəsində Malta Respublikasının Prezidenti xanım Miriam Spiteri Debono Ombudsman Səbinə Əliyevanı və konfransın digər iştirakçılarını qəbul edib.

Ombudsman, eyni zamanda, konfransda iştirak etmiş rəsmi şəxslərlə görüşlər keçirib.

TodayPress TV

FOTOLAR

Səbinə Əliyeva Maltada beynəlxalq konfransda iştirak etdi — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər