Sahibə Qafarova Saqr Qobaşla görüşdü

Sahibə Qafarova Saqr Qobaşla görüşdü
27.01.2026 15:54 Xarici siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri çərçivəsində bu ölkənin Federal Milli Şurasının sədri Saqr Qobaşla görüşüb.

TodayPress TV xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin dinamik və hərtərəfli inkişafından məmnunluq ifadə olunub, tarixi, dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrin arasında strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələr üzrə yüksək səviyyədə inkişaf etdiyi qeyd olunub.

Vurğulanıb ki, iki ölkənin liderlərinin birgə səyləri və şəxsi münasibətləri Azərbaycan ilə BƏƏ arasında, habelə iki xalq arasında əlaqələrin daha da dərinləşməsinə imkan verib və bu gün ölkələr bir çox sahələrdə geniş və uğurlu əlaqələrə malikdir.

Milli Məclisin sədri Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görüldüyünü xatırladaraq, Azərbaycanın dövlət başçısının BƏƏ-nin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyan belə nüfuzlu mükafata layiq görülməsinin yüksək qiymətləndirildiyini bildirib.

Söhbət zamanı parlamentlərarası əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkələr arasında yüksək səviyyəli əlaqələr parlament platformasında da uğurla davam etdirilir və son dövrlər qanunvericilik orqanlarımız arasında təmaslar və qarşılıqlı səfərlər daha da artıb.

S.Qafarova ötən il özünün BƏƏ-yə, S.Qobaşın isə Azərbaycana rəsmi səfərlərini xatırlayaraq, bu səfər və görüşlərin, həmçinin, parlamentlər arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının əlaqələrin daha da dərinləşməsinə imkan verdiyini bildirib. O cümlədən, parlamentlərimizin beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlığından məmnunluq ifadə olunub.

TodayPress TV

PHOTOS

Sahibə Qafarova Saqr Qobaşla görüşdü — 1
Sahibə Qafarova Saqr Qobaşla görüşdü — 2
Sahibə Qafarova Saqr Qobaşla görüşdü — 3
Sahibə Qafarova Saqr Qobaşla görüşdü — 4
Sahibə Qafarova Saqr Qobaşla görüşdü — 5
Sahibə Qafarova Saqr Qobaşla görüşdü — 6
Sahibə Qafarova Saqr Qobaşla görüşdü — 7
NEWS FEED
01 AUGUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 All News