Sahibə Qafarova ispaniyalı sədrlə görüşdü

Sahibə Qafarova ispaniyalı sədrlə görüşdü
20.05.2025 19:01 Xarici siyasət

Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə görüşüb.

TodayPress TV xəbər verir ki, Milli Məclisin sədrini salamlayan Deputatlar Konqresinin sədri Fransua Armenqol bu səfərin parlamentlərimiz və ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib. O, COP29-un ölkəmizdə yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə təşəkkürünü bildirib və diqqətə çatdırıb ki, mühüm qərarların qəbul edildiyi həmin konfransda İspaniya Krallığı Hökumətinin sədri də iştirak etmişdi.

Söhbət zamanı Deputatlar Konqresinin sədri qeyd edib ki, Azərbaycan-İspaniya əlaqələrinin hazırki vəziyyəti məmnunluq doğurur və belə bir inamı ifadə edib ki, bundan sonra da parlamentlər hökumətlər arasında əməkdaşlığı dəstəkləməyə davam edəcəklər. Bildirilib ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı da mühüm əhəmiyyət kəsb edir və bir sıra ispan şirkətləri Azərbaycanda işləməkdə olduqca maraqlıdırlar. Bu da Azərbaycanın siyasi və coğrafi əhəmiyyətindən irəli gəlir.

Milli Məclisin sədri Sahibə Qafarova öz növbəsində onu İspaniyaya səfərə dəvət etdiyinə görə Deputatlar Konqresinin sədrinə təşəkkürünü bildirib. O, Azərbaycan-İspaniya əlaqələrinin mövcud vəziyyəti və inkişafı barədə fikirlərini bölüşüb. Sahibə Qafarova İspaniya Krallığı Hökumətinin sədri Pedro Sançezin COP29 çərçivəsində ölkəmizə səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı əlaqələrin inkişafı üzrə əldə olunmuş razılaşmaların uğurla icrasının əməkdaşlığımızı daha da inkişaf etdirəcəyinə əminliyini bildirib.

Görüşdə Azərbaycan-İspaniya iqtisadi əlaqələri haqqında da fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri bərpaolunan enerji və digər sahələrdə əlaqələrin inkişafı üçün yaxşı perspektivlər olduğunu qeyd edib. O, bildirib ki, həm Azərbaycan, həm də İspaniya bərpaolunan enerji sahəsində mühüm işlər görürlər. Azərbaycan hazırda bu sahədə mühüm layihələri icra edir və əldə olunan enerjinin Avropaya ixracı üçün işlər görür. Hazırda ölkəmiz Avropa ölkələrinin, o cümlədən İspaniyanın etibarlı enerji təchizatçısıdır və İspaniya şirkətinin TAP-da iştirakı da əməkdaşlığımızın uğurlu nümunələrindən biridir. Milli Məclisin sədri iqtisadi əlaqələrdən danışarkən, Azərbaycanın nəqliyyat-tranzit imkanlarını xüsusi vurğulayıb, Orta Dəhliz üzrə fəaliyyətin Azərbaycan-İspaniya arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri ola biləcəyinə diqqət çəkib.

Görüşdə Cənubi Qafqazda mövcud vəziyyət barədə də danışılıb. Milli Məclisin sədri Azərbaycan-Ermənistan normallaşma prosesi, iki ölkə arasında mövcud olmuş münaqişənin tarixi, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan tikinti-quruculuq işləri barədə geniş məlumat verib.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdən əvvəl Milli Məclisin sədri Sahibə Qafarova Deputatlar Konqresinin Fəxri qonaqlar kitabını imzalayıb.

XƏBƏR LENTİ
01 AVQUST 2026
CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 Bütün Xəbərlər