Rumıniya Senatında Heydər Əliyevə həsr olunan tədbir keçirildi

Rumıniya Senatında Heydər Əliyevə həsr olunan tədbir keçirildi
12.05.2026 22:00 Xarici siyasət

Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən Rumıniya Senatında ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan Respublikası və Rumıniya arasındakı əlaqələrdə rolu" mövzusunda konfrans keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Rumıniyadakı səfirliyindən məlumat verilib.

"Konfransda Rumıniya parlamentinin Deputatlar Palatasının və Senatının üzvləri, parlamentdə təqdim olunan partiyaların fraksiya rəhbərləri, Rumıniya hökuməti nümayəndələri, Rumıniyadan seçilmiş Avropa Parlamentinin deputatı, Rumıniyada akkreditə olunmuş xarici diplomatik korpusun rəhbərləri və nümayəndələri, "SOCAR Petroleum SA" şirkətinin, "Yunus Emre" İnstitutunun Buxarest ofisinin, Türk İş Adamları Dərnəyinin rəhbərliyi və əməkdaşları, ictimai-siyasi xadimlər, Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının üzvləri, İran azərbaycanlılarının icmasının üzvləri, Rumıniyada yaşayan və təhsil alan həmvətənlərimiz iştirak ediblər", - məlumatda bildirilib.

Qeyd olunub ki, əvvəlcə Azərbaycan və Rumıniyanın dövlət himnləri səsləndirilib, daha sonra ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri çıxış sözü ilə açan Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun müdrikliyi və dövlətçilik təcrübəsi ilə apardığı daxili və xarici siyasətin nəticələrindən danışıb. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edən səfir, onun siyasi xəttinin bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Rumıniya Senatının prezidenti Mirça Abrudean çıxışında mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinə, onun Azərbaycan və Rumıniya arasında əlaqələrin genişləndirilməsindəki xüsusi roluna yüksək qiymət verib.

Rumıniya parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri, baş nazirin keçmiş müavini Marian Neakşu Heydər Əliyevin müasir Azərbaycan dövlətinin memarı, Rumıniya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsində əsas simalardan biri olduğunu qeyd edib.

Avropa İttifaqı Parlamentinin Rumıniyadan seçilmiş üzvü, Rumıniya Milli Mühafizəkar Partiyasının (PNCR) sədri Kristian Terheş çıxışında regionda, o cümlədən Ukrayna və İranda baş verən gərginliklər fonunda əhəmiyyətini daha da artırmış Orta Dəhlizin əhəmiyyətinə toxunub, bu layihənin vaxtilə ulu öndərin irəli sürdüyü uzaqgörən strategiyaya əsaslandığını vurğulayıb.

Rumıniyalı senator Kristian-Auqustin Nikulesku-Tsıqırlaş çıxışında keçən ilin avqust ayında Azərbaycana, xüsusən ölkəmizin Qarabağ bölgəsinə səfərini xatırlayıb. O, səfər zamanı Qarabağda şahidi olduğu miqyaslı bərpa-quruculuq işləri, dağıdılmış ərazilərin yenidən canlandırılması və müasir infrastrukturun sürətlə qurulması barədə yüksək qiymətləndirici fikirlər səsləndirib və bu prosesin regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Tədbirdə Rumıniya parlamentində AUR ("Rumınların Birləşməsi uğrunda Alyans") fraksiyasının sədr müavini Nikolae Vlahu, Rumıniya Müsəlmanlarının müftisi Murat Yusuf, Rumıniya İnformatika üzrə Araşdırmalar və İnkişaf Milli İnstitutunun (ICI) baş direktoru Adrian-Viktor Vevera və digərləri çıxış ediblər.

Sonra Azərbaycan xalqının ümummilli liderinin zəngin və mənalı ömür yoluna həsr edilmiş videoçarx nümayiş olunub, həmçinin tədbir iştirakçılarına Rumıniya Senatının foyesində ulu öndərin xatirəsinə həsr edilmiş fotosərgi ilə tanış olmaq imkanı yaradılıb. Sərgini Rumıniyada rəsmi səfərdə olan Moldova parlamentinin sədri İqor Qrosu ziyarət edib. O, ulu öndər Heydər Əliyevlə bağlı xoş sözlər söyləyib, onun Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında müstəsna rolunu vurğulayıb.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 All News