Rəşt şəhərində Xəzəryanı ölkələrin əməkdaşlıq görüşü keçirildi

Rəşt şəhərində Xəzəryanı ölkələrin əməkdaşlıq görüşü keçirildi
19.11.2025 23:30 Xarici siyasət

İranın Gilan vilayətinin Rəşt şəhərində Xəzəryanı ölkələrin sahilyanı regionları arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş görüş keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiyanın rəsmi nümayəndə heyətləri iştirak edib.

Görüşdə sahilyanı regionlar arasında ticarət, sənaye, nəqliyyat-logistika, kənd təsərrüfatı, investisiya və ekoloji sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri plenar iclaslarda müzakirə olunub. Tədbirdə İran İslam Respublikasının Xarici İşlər və Mədəniyyət nazirləri, eləcə də ölkənin digər dövlət qurumlarının rəsmiləri iştirak edib.

Azərbaycan nümayəndə heyətinin tərkibində sahilyanı regionları təmsil edən Lənkəran RİH başçısı Taleh Qaraşov, Neftçala RİH başçısı Mirhəsən Seyidov iştirak ediblər.

Tədbirin açılışın nitqində və xüsusi plenar sessiyada çıxışı zamanı Mirhəsən Seyidov, Xəzər dənizi regionlarımız arasında əməkdaşlığın gücləndirilməsi, sabitliyin möhkəmləndirilməsi, dayanıqlı iqtisadi inkişafın təmin olunması üçün mühüm strateji platforma olduğunu vurğulayaraq, Xəzərin üzləşdiyi qlobal ekoloji problemin həllində birgə səy göstərmək lazım olduğunu xüsusi ilə qeyd edib. Həmçinin, sahilyanı bölgələr arasında əlaqələrin genişlənməsi ticarət, turizm, nəqliyyat və ekoloji sahələrdə yeni imkanlar açır və ümumi regional rifaha xidmət etməsi ilə bağlı ətraflı məlumat verdi.

Görüş çərçivəsində Xəzəryanı regionlar arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, nəqliyyat şəbəkələrinin genişləndirilməsi, sərmayə layihələrinin təşviqi və sahilyanı ekosistemin qorunması üzrə bir sıra praktiki təkliflər müzakirə edilib.

İclasın sonunda, Xəzəryanı ölkələrin sahilyanı regionlarının rəhbərlərinin görüşünün Kommünikesi qəbul olunub.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 All News