Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər

Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər
16.06.2026 19:30 Xarici siyasət

İyunun 16-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsən Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb.

TodayPress TV xəbər verir ki, görüşdə TÜRKPA-nın fəaliyyəti, türk dövlətləri arasında parlamentlərarası əməkdaşlığın inkişafı və təşkilatın gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

Ramil Həsən TÜRKPA-nın qurucu dövlətlərindən biri olan Türkiyənin təşkilatın fəaliyyətində xüsusi rol oynadığını vurğulayıb. O, 2008-ci il noyabrın 21-də İstanbulun Dolmabahçe sarayında təşkilatın yaradılması ilə bağlı sazişin imzalandığını xatırladaraq, TÜRKPA-nın ötən dövr ərzində uğurla fəaliyyət göstərdiyini bildirib.

Baş katib qeyd edib ki, təşkilat qardaş ölkələrin qanunverici orqanları arasında əlaqələrin möhkəmləndirilməsi, model qanunların hazırlanması, türk dövlətləri rəhbərlərinin qəbul etdiyi qərarların parlamentlər tərəfindən operativ ratifikasiyası kimi mühüm siyasi və strateji əhəmiyyət daşıyan proseslərdə vacib rol oynayır. O, bu istiqamətdə həyata keçirilə biləcək təşəbbüslərlə bağlı təklifləri TBMM sədrinə təqdim edib.

Numan Kurtulmuş isə TÜRKPA baş katibliyinin fəaliyyətini yüksək qiymətləndirərək, son 10 ay ərzində görülən işləri müsbət dəyərləndirdiyini bildirib. O, qarşıdakı dövrdə atılacaq addımların türk dövlətləri arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsinə və ortaq parlament platformasının formalaşmasına töhfə verəcəyinə inandığını vurğulayıb.

TBMM sədri Türkiyə Parlamentinin bundan sonra da TÜRKPA-nın fəaliyyətinə dəstəyini davam etdirəcəyini qeyd edib.

Görüşdə TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali də iştirak edib.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 All News