Qazaxıstan Prezidenti Azərbaycan ilə Ermənistan arasında Vaşinqton sazişlərinin tarixi əhəmiyyətini vurğuladı

Qazaxıstan Prezidenti Azərbaycan ilə Ermənistan arasında Vaşinqton sazişlərinin tarixi əhəmiyyətini vurğuladı
21.10.2025 13:14 Xarici siyasət

Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan ilə Ermənistan arasında Vaşinqton sazişlərinin tarixi əhəmiyyətini vurğulayıb.

TodayPress TV xəbər verir ki, Qazaxıstan dövlətinin başçısı deyib:

“Azərbaycan ilə Ermənistan arasında münaqişənin sülh yolu ilə nizamlanmasına dair Bəyannamənin tarixi əhəmiyyətini ayrıca qeyd etmək istərdim. ABŞ Prezidenti Donald Trampın haqlı olaraq qeyd etdiyi kimi, çox güclü mövqedə olmağınıza baxmayaraq, belə mühüm sənədin imzalanmasına getdiniz və bu, Azərbaycanın və rəhbərlik etdiyiniz Azərbaycan xalqının xüsusi mövqeyindən, öz potensialına inamından xəbər verir. Nümayiş etdirdiyiniz güclü siyasi iradə və strateji baxış mürəkkəb məsələlərin həllinə müdrik yanaşmanın və gələcək nəsillərin taleyi üçün məsuliyyətin parlaq nümunəsi kimi çıxış edir”.

Prezident Tokayev, həmçinin vurğulayıb ki, iki ölkə arasında əldə olunan razılaşmalar bütün regionda və onun hüdudlarından kənarda əməkdaşlıq üçün yeni üfüqlər açır.

XƏBƏR LENTİ
16 IYUN 2026
Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 Bütün Xəbərlər