Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi

Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
18.06.2026 20:00 Xarici siyasət

“Toplantımızın Azərbaycanın Milli Qurtuluş Günü ilə üst-üstə düşməsi xüsusilə əlamətdardır. Bu gün - ölkənin sabitlik, dayanıqlılıq və yenilənmə yolunda yeni mərhələyə qədəm qoymasını təmin edən tarixi dönüş nöqtəsidir”.

TodayPress TV xəbər verir ki, bu sözləri İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında deyib.

“Bu diyar əsrlər boyu Qədim İpək Yolundan bu günün Orta Dəhlizinə qədər Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirərək coğrafi mövqeyini ortaq imkanlara çevirmişdir. Lakin Azərbaycanın hekayəsi yalnız bağlantılar hekayəsi deyil. Bu, eyni zamanda, dözümlülük və yenilənmə hekayəsidir. Bu baxımdan Şuşaya son səfərimdən qısa bir təəssürat paylaşmaq istərdim. Qarabağın incisi olan Şuşanın zəngin irsi şairə və xeyriyyəçi Xurşidbanu Natəvan kimi şəxsiyyətlərin timsalında yaşayır. O, mədəni dayanıqlılığın və mərhəmətin əbədi rəmzidir. Məni Xalq şairi Məmməd Arazın aşağıdakı misraları çox təsirləndirdi:

“Ayağa dur, Azərbaycan, səninləyəm!

Səndən qeyri biz hər şeyi bölə billik!”

Çox güclü misralardır. Bu sözlər heç vaxt ümidini itirməmiş xalqın ruhunu əks etdirir. Məhz həmin ruh Azərbaycanla tərəfdaşlığımızın əsasını təşkil edir.

Biz azad edilmiş Qarabağa səfər edən ilk çoxtərəfli İnkişaf Bankı olmaqdan qürur duyuruq və bununla Azərbaycanın yenidənqurma və inkişaf səylərinə sadiqliyimizi bir daha təsdiqləyirik”, - deyə o vurğulayıb.

TodayPress TV

NEWS FEED
03 AUGUST 2026
Susuzluğu hansı daha yaxşı yatırır? Qarpız və çiyələk müqayisə edildi 00:17 Bu əşyaları uzadıcıya taxmayın! Yanğın baş verə bilər 23:51 İtaliyada nəhəng yayın balıqları ekosistemi təhlükə altına saldı 23:30 2000-ci illərin mətbəx dəbi yenidən qayıdır - Amma bu dəfə fərqli görünüşdə 23:23 Pişiyiniz siz evdə olmayanda nə edir? - Mütəxəssislər açıqladı 23:18 “Hörümçək-adam” rekordu toruna saldı: 167 milyon dollar 23:09 “Dünyanın ən bahalı buz kubu”nun sirri: Onu niyə ABŞ-a gətirdilər? 00:09 İsrailin qorxduğu ssenari üzə çıxdı: 7 oktyabr təkrarlana bilər 00:04 Sumqayıtda 4 avtomobil bir-biri çırpıldı 23:55 Tramp İsraili qəzəbləndirdi - İstədiyini etmədi 23:45 Saakaşvilidən maraqlı müqayisə: “Mən Odisseyəm, onlar isə…” 23:36 Ağdamda güclü yanğın başladı - VİDEO 22:59 ABŞ “Patriot”ların sirrini Ukraynaya açacaq 22:51 Başına 5 milyon dollar qoyulan kartel lideri saxlanıldı 22:30 Pakistanda polis bölməsinin yanında dəhşətli partlayış: 14 ölü, 20 yaralı 21:55 Dənizdə boğulan üç nəfər son anda xilas edildi 21:30 İran və Oman Hörmüz üçün hərəkətə keçdi 21:05 Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı 20:39 Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 All News