NGBM-nin 34-cü Ali Səviyyəli Toplantısı öz işinə başlayır

NGBM-nin 34-cü Ali Səviyyəli Toplantısı öz işinə başlayır
23.09.2025 17:07 Xarici siyasət

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda 34-cü Ali Səviyyəli Toplantısı keçiriləcək.

TodayPress TV xəbər verir ki, toplantı ABŞ-nin Nyu-York şəhərində 23-26 sentyabr tarixlərində baş tutacaq.

"Multilateralizm Dönüm Nöqtəsində: Çağırışlar və Sülhə Aparan Yollar" mövzusunda keçiriləcək tədbirdə bir çox cari və sabiq dövlət, eləcə də hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri bir araya gələrək qlobal əməkdaşlıq və multilateralizmin aktual çağırışlarını müzakirə edəcəklər.

Qeyd edək ki, bu toplantı BMT Baş Assambleyası çərçivəsində keçirilən paralel tədbirlər arasında ən böyük toplantı hesab olunur. Tədbirdə 50-dən çox ölkədən yüksək səviyyəli nümayəndələrin, o cümlədən 25-dən çox sabiq və indiki prezidentin, eləcə də 10-dan çox sabiq və indiki baş nazirin iştirakı nəzərdə tutulub.

Tədbirin proqramında qlobal bərabərlik, iqlim dəyişikliyi, qlobal səhiyyə, texnoloji dəyişikliklər və geosiyasi proseslər üzrə panel müzakirələri, sülhə gedən yol kimi sessiyalar yer alır. Müzakirə olunacaq mövzular arasında həmçinin 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF2026) hazırlıq məsələləri də diqqət mərkəzində olacaq.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər