Misirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olundu

Misirdə  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olundu
28.12.2025 15:00 Xarici siyasət

Qahirədə Misir-Azərbaycan Dostluq Mərkəzində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri Seymur Nəsirov, Qahirədə yaşayan soydaşlarımız iştirak ediblər.

Mərasimin açılışında Azərbaycanın və Misirin Dövlət himnləri səsləndirilib.

S.Nəsirov çıxışında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi barədə qısa məlumat verib. Qeyd edib ki, bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilib. O, Azərbaycan icmasının, eyni zamanda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən danışıb.

E.Poluxov çıxışında bildirib ki, Ulu Öndərin müəyyən etdiyi bu tarixi gün xalqımızın gələcəyinə istiqamət verib. Diplomat sona çatmaqda olan 2025-ci ilin Misir-Azərbaycan əlaqələrinin inkişafı baxımdan yaddaqalan hadisələrin şahidi olduğunu qeyd edib. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ və Misir prezidentlərinin dəvəti ilə Şarm əl-Şeyxdə Qəzza zolağının müharibədən sonrakı vəziyyətinə həsr olunmuş böyük beynəlxalq sammitdə iştirakı əlamətdar hadisə olub. İqtisadi əlaqələrin inkişafına toxunan səfir bu yaxınlarda Qahirədə keçirilmiş Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın altıncı iclasının bu kontekstdə əhəmiyyətini qeyd edib.

Tədbirin sonunda Misir-Azərbaycan Dostluq Cəmiyyətində təhsil alan tələbələrin ifasında Azərbaycan dilində vətənpərvərlik şeirləri dinlənilib. Daha sonra qonaqlar üçün ziyafət təşkil olunub.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 All News