Leyla Əliyeva Maskatda Omanın birinci xanımı ilə görüşdü

Leyla Əliyeva Maskatda Omanın birinci xanımı ilə görüşdü
05.01.2026 19:04 Xarici siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskat şəhərində Oman Sultanlığının birinci xanımı Ülyahəzrət Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah ilə görüşüb.

TodayPress TV xəbər verir ki, Leyla Əliyevanı Omanda görməkdən məmnunluğunu bildirən Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah onun ictimai fəaliyyətinin Azərbaycanla yanaşı, bir çox ölkələrdə, o cümlədən Körfəzin ərəb ölkələrində yüksək qiymətləndirildiyini vurğulayıb.

Omanın birinci xanımı Heydər Əliyev Fondunun vitse-prezidentinin ətraf mühitə, incəsənətə, mədəniyyətə, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyi, xeyriyyə aksiyalarında yaxından iştirakı barədə məlumatlı olduğunu bildirib.

O, həmçinin Azərbaycanda sənətkarlıq, xalçaçılıq, toxuma sənəti barədə də zəngin məlumatının olduğunu deyib.

Bu ölkədə olmağından məmnunluğunu bildirən Leyla Əliyeva görüşə, göstərilən diqqət və qayğıya görə təşəkkürünü ifadə edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Omana ilk dəfə səfər etdiyini vurğulayaraq, bunun ölkələrimizin mədəniyyət, incəsənət, xalçaçılıq, toxuculuq kimi sahələrdə fəaliyyət göstərən qurumları arasında gələcək əlaqələrə təkan verəcəyinə əminliyini bildirib.

Azərbaycanın xalçaçılıq və toxuculuq sahələrində zəngin ənənəsinin olduğunu bildirən Leyla Əliyeva bu xüsusda təcrübə mübadiləsinin önəminə toxunub.

Söhbət zamanı Azərbaycanla Oman arasında qeyd edilən sahələrdə birgə layihələrin işlənib hazırlanması barədə razılıq olunub.

PHOTOS

Leyla Əliyeva Maskatda Omanın birinci xanımı ilə görüşdü — 1
NEWS FEED
01 AUGUST 2026
Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 All News