Latviyada “Azərbaycanda Minatəmizləmə: Prioritetlər və Çağırışlar” mövzusunda dəyirmi masa keçirildi

Latviyada “Azərbaycanda Minatəmizləmə: Prioritetlər və Çağırışlar” mövzusunda dəyirmi masa keçirildi
17.06.2025 16:49 Xarici siyasət

Azərbaycanın Latviyadakı səfirliyi, Şimali Avropa Siyasəti Mərkəzi (NEPC) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə “Azərbaycanda Minatəmizləmə: Prioritetlər və Çağırışlar” mövzusunda dəyirmi masa müzakirəsi keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.

Tədbirin əsas məqsədi Azərbaycanda mövcud mina təhlükəsi, humanitar minatəmizləmə sahəsindəki çətinliklər və beynəlxalq əməkdaşlığın təşviqi barədə məlumatlılığın artırılması olub.

Tədbiri giriş nitqi ilə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov, Latviyanın sabiq prezidenti Raymonds Veyonis və NEPC sədri Artis Pabriks açıb.

Müzakirələrdə Milli Məclisin deputatı Qaya Məmmədov və ANAMA-nın sədr müavini Samir Poladov əsas məruzəçilər qismində çıxış ediblər.

Tədbirdə Latviyanın Seym üzvləri, Milli Silahlı Qüvvələrin, Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, diplomatik korpus üzvləri və ekspertlər iştirak ediblər.

Töhfə Səməd

FOTOLAR

Latviyada “Azərbaycanda Minatəmizləmə: Prioritetlər və Çağırışlar” mövzusunda dəyirmi masa keçirildi — 1
Latviyada “Azərbaycanda Minatəmizləmə: Prioritetlər və Çağırışlar” mövzusunda dəyirmi masa keçirildi — 2
Latviyada “Azərbaycanda Minatəmizləmə: Prioritetlər və Çağırışlar” mövzusunda dəyirmi masa keçirildi — 3
XƏBƏR LENTİ
31 IYUL 2026
Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Bütün Xəbərlər