Kəmaləddin Heydərov Özbəkistanda səfərdə oldu

Kəmaləddin Heydərov Özbəkistanda səfərdə oldu
29.04.2026 16:59 Xarici siyasət

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nazirliyin nümayəndə heyəti Özbəkistanda keçirilən "Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü"nə həsr olunmuş beynəlxalq tədbirdə iştirak etmək məqsədilə həmin ölkədə səfərdə olub.

Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Azərbaycan FHN-in nümayəndə heyətinin iştirak etdiyi və Daşkənddə keçirilən "Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü"nə həsr olunmuş tədbirin əsas məqsədi təcrübə mübadiləsi üçün mühüm beynəlxalq platformaya çevrilərək, ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi, qlobal səviyyədə zəlzələlərə hazırlığın və dayanıqlığın artırılması üzrə effektiv strategiyaların müzakirəsi olub.

Tədbirdə müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan olan nümayəndə heyətləri, eləcə də tanınmış alim və mütəxəssislər iştirak ediblər.

Tədbirdə zəlzələ ilə əlaqəli fəlakət riskini azaltmaq məqsədilə dövlətlərin malik olduqları imkanların səfərbər edilməsi, seysmik təhlükəsizlik sahəsində beynəlxalq səviyyədə tanınan alimlər, tədqiqatçılar və mütəxəssislər arasında davamlı dialoq mexanizminin yaradılmasının əhəmiyyəti qeyd olunub, bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin, o cümlədən müasir texniki nailiyyətlər və rəqəmsallaşmanın tətbiqi ilə birgə elmi tədqiqatların aparılması və nəticələrinin qlobal miqyasda reallaşdırılması kimi məsələlər müzakirə olunub.

Beynəlxalq tədbir çərçivəsində iştirakçılar 1966-cı ildə Daşkənddə baş vermiş dağıdıcı zəlzələnin qurbanlarının xatirəsinə ucaldılmış "Cəsarət" abidəsini ziyarət ediblər.

Tədbir çərçivəsində Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Özbəkistanın fövqəladə hallar naziri general-mayor Azizbek İkramovla görüşüb.

Səfər müddətində nümayəndə heyətinə göstərilən diqqətə və qonaqpərvərliyə görə təşəkkür edən nazir K.Heydərov beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib, əhəmiyyətini vurğulayıb. Qədim tarixi köklərə malik Azərbaycan-Özbəkistan münasibətlərinin iki ölkə liderlərinin müdrik uzaqgörənliyə və qarşılıqlı etimada söykənən səyləri sayəsində son illər strateji tərəfdaşlıq səviyyəsində sürətlə inkişaf etdiyini xatırladan nazir, bu çərçivədə fövqəladə halların idarə edilməsinə məsul qurumlar arasında əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanların mövcud olduğunu qeyd edib.

Nazir "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Özbəkistan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında 2026-2027-ci illər üzrə birgə fəaliyyət Planı"nın hazırda fəal icra mərhələsində olduğunu, nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetirildiyini bildirib.

Özbəkistanın fövqəladə hallar naziri Azizbek İkramov, öz növbəsində, Daşkənddə keçirilən "Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü"nə həsr olunmuş tədbirdə Azərbaycan nümayəndə heyətinin iştirakına görə minnətdarlığını bildirib. Nazir A.İkramov Azərbaycan və Özbəkistan arasında çoxəsrlik tarixə malik münasibətlərin hər iki ölkə liderlərinin strateji və müdrik baxışları sayəsində ildən-ilə daha da genişləndiyini vurğulayıb. Nazir fövqəladə hallarla mübarizə sahəsində iki ölkənin uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsinin qarşılıqlı faydasını qeyd edib, bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb.

Qeyd edək ki, 29 aprel tarixi Özbəkistanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən ötən il qəbul olunmuş qətnaməyə əsasən "Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü" kimi qeyd edilir.

TodayPress TV

PHOTOS

Kəmaləddin Heydərov Özbəkistanda səfərdə oldu — 1
Kəmaləddin Heydərov Özbəkistanda səfərdə oldu — 2
Kəmaləddin Heydərov Özbəkistanda səfərdə oldu — 3
Kəmaləddin Heydərov Özbəkistanda səfərdə oldu — 4
Kəmaləddin Heydərov Özbəkistanda səfərdə oldu — 5
Kəmaləddin Heydərov Özbəkistanda səfərdə oldu — 6
Kəmaləddin Heydərov Özbəkistanda səfərdə oldu — 7
Kəmaləddin Heydərov Özbəkistanda səfərdə oldu — 8
Kəmaləddin Heydərov Özbəkistanda səfərdə oldu — 9
NEWS FEED
30 JULY 2026
"Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 All News