İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü oldu- YENİLƏNDİ

İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü oldu- YENİLƏNDİ
07.11.2025 21:31 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 7-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü olub.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi qarşıladı.

Dövlətimizin başçısı və Pakistanın Baş naziri birgə foto çəkdirdilər.

Görüşdə dövlətimizin başçısı Vətən müharibəsində şanlı Qələbənin beşinci ildönümü münasibətilə sabah Bakıda keçiriləcək hərbi paradda iştiraka görə Məhəmməd Şahbaz Şərifə təşəkkürünü bildirdi, bunu ölkələrimiz arasında qardaşlığın nümunəsi kimi qiymətləndirdi.

Parada dəvətə görə minnətdarlığını bildirən Pakistanın Baş naziri burada iştirak etməkdən məmnunluğunu vurğuladı. Qonaq Prezident İlham Əliyevi və xalqımızı möhtəşəm Zəfərimizin beşinci ildönümü münasibətilə təbrik edərək, paytaxt İslamabadın Azərbaycanın Qələbəsi şərəfinə ölkəmizin üçrəngli bayrağı ilə bəzədildiyini diqqətə çatdırdı.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü ifadə etdi.

Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən qardaşlıq əlaqələrinin daha da inkişaf etdiyi bildirildi, Azərbaycan və Pakistanın beynəlxalq təşkilatlarda bir-birinə göstərdikləri qarşılıqlı dəstəyə toxunuldu. İkitərəfli ticarət dövriyyəsində artım məmnunluqla vurğulanaraq, siyasi münasibətlərimizin ruhuna uyğun olaraq iqtisadi-ticari əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Azərbaycan tərəfindən Pakistandan idxal olunan düyüyə və 15 adda digər məhsula güzəştli ticarət tariflərinin tətbiqinin iqtisadi-ticari əlaqələrin inkişafında mühüm amil olduğu bildirildi.

Bu ilin birinci yarısında Hökumətlərarası Kommisiyanın iclasının uğurla keçirildiyi xatırlandı, hərbi və hərbi-texniki sahədə əməkdaşlıq məsələləri müzakirə edildi.

Hökumət nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin tezliklə qarşılıqlı səfərlər həyata keçirməsi ilə bağlı razılıq əldə olundu.

İşğaldan azad olunmuş ərazilərimizdə icra edilən bərpa və quruculuq işlərində Pakistan şirkətlərinin iştirakı ilə bağlı fikir mübadiləsi aparıldı.

Görüşdə ikitərəfli münasibələrimizin perspektivləri müzakirə edildi.

***

19:50

Prezidenti İlham Əliyevin noyabrın 7-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü olub.

TodayPress TV xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

NEWS FEED
16 JUNE 2026
ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 All News