İlham Əliyev: "Slovakiya ilə Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır"

İlham Əliyev: "Slovakiya ilə Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır"
08.12.2025 19:30 Xarici siyasət

Slovakiya ilə Azərbaycan, sözün əsl mənasında dost ölkə və strateji tərəfdaşlardır.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata birgə bəyanatlarında deyib.

Dövlət başçısı qeyd edib ki, birgə iqtisadi işçi qrup öz fəaliyyətini genişləndirir:

"Keçən il ilk dəfə Azərbaycan qazı Slovakiyaya ixrac edilib. Azərbaycan qazının ixrac edildiyi ölkələrin sayı 14-ə çatıb".

Azərbaycan Prezidenti vurğulayıb ki, yeni qaz yataqlarının işlənməsi hesabına qaz həcmi daha da artacaq:

"Bu gün 8 Aİ-yə üzv ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin edir. Müdafiə sənayesi sahəsində əməkdaşlığa gəldikdə, qeyd edilməlidir ki, biz müharibə aparmaq fikrində deyilik. Sadəcə burada bir sinergiya yaratmaq üçün yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Bu istiqamətdə konkret layihələr üzərində çalışırıq".

İlham Əliyev bildirib ki, bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı 2 giqavata bərabərdir. Prezident növbəti beş ildə bunun 8 giqavata çatdırılacağını əlavə edib.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 All News