İlham Əliyev Oljas Süleymenovu təbrik etdi

İlham Əliyev Oljas Süleymenovu təbrik etdi
17.05.2026 14:10 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenova təbrik məktubu ünvanlayıb.

TodayPress TV məktubun mətnini təqdim edir:

"Hörmətli Oljas Süleymenov!

Sizi – müasir ədəbi fikrin görkəmli nümayəndəsini və tanınmış ictimai xadimi 90 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayıram.

Böyük şair, publisist, ədəbiyyatşünas və tədqiqatçı olaraq Siz türk dünyasının fitri bədii istedada malik qüdrətli simalarındansınız. Yüksək vətəndaşlıq amalı özünün ənənələrə bağlılığı və dərin koloriti ilə seçilən yaradıcılığınızı geniş oxucu auditoriyasına daim sevdirmişdir. Planetar düşüncənin məhz milli dəyərlər əsasında formalaşdığına inanaraq meydana gətirdiyiniz hər yeni əsər mədəniyyət hadisəsinə çevrilmişdir. Parlaq ədəbi şəxsiyyət kimi zəngin ömür yolunuz vətənə və xalqa təmənnasız xidmətin nümunəsidir.

Ötən əsrin 80-ci illərindən etibarən ictimai-siyasi həyat meydanındakı coşqun fəaliyyətinizi həmişə məmnunluqla xatırlayırıq. Azərbaycanın haqq işini hər addımda ürəkdən dəstəkləməyiniz və Qələbəmizi bütün türk dünyasının tarixi nailiyyəti hesab etməyiniz bizə mənəvi güc verir.

Türk xalqları arasında həmrəyliyin möhkəmləndirilməsinə və qarşılıqlı humanitar əlaqələrin genişləndirilməsinə töhfələriniz danılmazdır. Ölkəmizə münasibətiniz bizim üçün dostluq və qardaşlığın həqiqi meyarıdır.

Əminəm ki, yaratdığınız irs gələcək nəsillərin ortaq keçmişimizə və mədəni-mənəvi sərvətlərimizə ehtiram ruhunda tərbiyəsi baxımından bundan sonra da xüsusi əhəmiyyət kəsb edəcəkdir".

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 All News