İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə zəng etdi

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə zəng etdi
30.05.2025 19:17 Xarici siyasət

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib.

TodayPress TV xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları əlaqələrimizin inkişafından məmnunluqlarını bildirib, xüsusilə iki ölkə arasında yüksəksəviyyəli qarşılıqlı səfərləri və iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi məsələlərini vurğulayıblar.

Prezident İlham Əliyev dünən Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarından ibarət nümayəndə heyətini qəbul etdiyini xatırladaraq, aparılan səmərəli müzakirələrə toxunub.

Telefon söhbəti zamanı Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlıq etdikləri və bir-birini daim dəstəklədikləri məmnunluqla vurğulanıb, əlaqələrimizin perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Bütün Xəbərlər