Hikmət Hacıyev: Prezident Trampın fundamental rolu Azərbaycan-Ermənistan sülh prosesində dönüş nöqtəsi oldu

Hikmət Hacıyev: Prezident Trampın fundamental rolu Azərbaycan-Ermənistan sülh prosesində dönüş nöqtəsi oldu
07.12.2025 12:11 Xarici siyasət

ABŞ Prezidenti Donald Trampın rolu fundamental idi, bu, Azərbaycan-Ermənistan sülh prosesində dönüş nöqtəsi oldu.

TodayPress TV xəbər verir ki, bunu Qətərdə keçirilən Doha Forumunda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Azərbaycan və Ermənistan son beş ildə sülh gündəliyi üzərində çalışırdı. Mən də erməni həmkarımla çoxsaylı görüşlərdə iştirak etmişəm. Bəli, bəzən müzakirələr çətin idi, razılaşmadığımız məqamlar olurdu. Amma Azərbaycan təşəbbüs göstərdi və masa üzərinə real sülh sazişi mətni və sülhün beş əsas prinsipini qoydu. Prezident Trampın və onun komandasının prosesə daxil olması ilə biz anladıq ki, ABŞ beynəlxalq sülh gündəminə tam sadiqdir. Biz də sülhün geri dönməz olması üçün ABŞ-ın güclü siyasi çəkisinə və təminatına ehtiyac duyurduq. Fevraldan başlayaraq ABŞ-la intensiv təmaslara başladıq. ABŞ həm Ermənistan, həm Azərbaycanla paralel işləməyə başladı. Sonra bütün proseslər birləşdi və nəticə verdi. Vaşinqtondan əvvəl Əbu-Dabi görüşü oldu, bu, beş saatdan çox davam etdi. Biz orada Vaşinqton prosesinin əsas çərçivələrini razılaşdırdıq. Prezident Trampın fundamental rolu Azərbaycan-Ermənistan sülh prosesində dönüş nöqtəsi oldu”.

TodayPress TV


NEWS FEED
01 AUGUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 All News