Fransa səfiri etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim etdi

Fransa səfiri etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim etdi
19.09.2025 17:56 Xarici siyasət

Xarici işlər naziri Ceyhun Bayramov Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Sofi Laqutt ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən TodayPress TV-yə verilən məlumata görə, səfir Sofi Laqutt etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov səfir Sofi Laquttu təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Fransa arasında mövcud ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

Azərbaycan-Fransa münasibətlərində yaranmış böhranın səbəbləri ətrafında fikir mübadiləsinin də aparıldığı görüşdə, həmçinin mövcud problemlərə baxmayaraq qarşılıqlı dialoq və müzakirələrin davam etdirilməsinin vacibliyi qeyd edilib.

Nazir Ceyhun Bayramov həmçinin səfir Sofi Laquttu postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.

Səfir Sofi Laqutt qəbula görə təşəkkür edib, fəaliyyəti müddətində Azərbaycan və Fransa arasında münasibətlərin möhkəmləndirilməsinə töhfə vermək istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüş zaman həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

TodayPress TV

FOTOLAR

Fransa səfiri etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim etdi — 1
Fransa səfiri etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim etdi — 2
Fransa səfiri etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim etdi — 3
XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər