Fərhat Pirinççi: "Bu, Türk Dünyasında əməkdaşlığı gücləndirən strateji addımdır"

Fərhat Pirinççi: "Bu, Türk Dünyasında əməkdaşlığı gücləndirən strateji addımdır"
28.11.2025 12:37 Xarici siyasət

“Türkiyə olaraq son dərəcə əhəmiyyət verdiyimiz bu toplantıya göstərilən xüsusi ev sahibliyinə görə dost və qardaş ölkə Azərbaycan Respublikasına və dəyərli töhfələrinə görə TDT Katibliyinə təşəkkürlərimi bildirirəm”.

TodayPress TV xəbər verir ki, bunu Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin sədr müavini, Prof. Dr. Fərhat Pirinççi noyabrın 28-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısında çıxışı zamanı deyib.

Pirinççi vurğulayıb ki, toplantı sadəcə işgüzar platforma deyil, həm də Türk Dünyasının informasiya və media sahəsində əməkdaşlığını gücləndirən strateji addımdır:

“İnformasiya və media sahəsində mövcud çağırışlara qarşı Türk Dövlətlərinin nümayəndələri olaraq yeni həll mexanizmləri yaratmağımıza imkan verən bu toplantıları son dərəcə dəyərli hesab edirik”.

O, UNESCO-nun 15 dekabrı “Dünya Türk Dili Ailəsi Günü” elan etməsini Türk dünyası üçün mühüm nailiyyət sayıb:

“Bu mənalı qərar qərar Türk Dünyası üçün böyük bir nailiyyətdir və Türk dilinin zənginliyini, qədim mədəni irsini və dünya sivilizasiyası içindəki əhəmiyyətli yerini bir daha ortaya qoyur”.

Pirinççi süni intellektlə yaradılan saxta xəbərlər və dezinformasiyanın təhlükəsinə diqqət çəkib:

“Süni intellektlə yaradılan saxta xəbərlər, deepfake texnologiyaları və sürətlə yayılan dezinformasiya təkcə ölkələrimizin daxili ictimai rəyinə deyil, xarici siyasətimizə, iqtisadi münasibətlərimizə və digər sahələrə də təsir edir”.

O, media savadlılığının və dezinformasiya ilə mübarizənin gecikdirilməz vəzifə olduğunu bildirib:

“Regional sülhü, təhlükəsizliyi və sabitliyi hədəf alan informasiya manipulyasiyalarına yalnız birlikdə qarşı dura bilərik. Texniki potensialın paylaşılması, ortaq rəqəmsal platformaların yaradılması, media əməkdaşlarımız üçün qarşılıqlı təlim proqramlarının təşkili və sürətli məlumat axınını təmin edəcək koordinasiya mexanizmləri böyük əhəmiyyət daşıyır”.

Sədr müavini Türkiyənin media sahəsində əməkdaşlığa hazır olduğunu vurğulayıb:

“Türkiyə olaraq media sahəsində topladığımız təcrübəni bölüşməyə və bu sahədə əməkdaşlıqları gücləndirməyə hazırıq. Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi başda olmaqla Anadolu Agentliyi, TRT, Basın İlan Kurumu və RTÜK qardaş ölkələrdəki müvafiq qurumlarla əməkdaşlığı genişləndirməyə sadiqdir”.

Pirinççi sözlərini belə tamamlayıb:

“Toplantımızın Türk Dünyası üçün faydalı olmasını arzulayıram. Azərbaycanın dəyərli nümayəndələrinə ev sahibliyi üçün, TDT Katibliyinə töhfələrinə görə, əməyi keçən bütün əməkdaşlara və siz dəyərli iştirakçılara səmimi təşəkkürümü bildirirəm. Birliyimiz və bərabərliyimiz daim olsun”.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 All News