Ermənistan nümayəndələri Azərbaycana gəldilər

Ermənistan nümayəndələri Azərbaycana gəldilər
10.04.2026 12:11 Xarici siyasət

"Sülh Körpüsü" Təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqu və birbaşa əlaqələri təşviq etməyə davam edir. Aprelin 10–12-də Azərbaycanda "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçiriləcək.

TodayPress TV xəbər verir ki, bu dəfə erməni nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə daxil olub, delimitasiya və demarkasiya olunmuş sahədən keçərək bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarından keçib.

Qeyd edək ki, vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.

Görüşün gündəliyinə sülh prosesinin hazırkı vəziyyəti, "Sülh Körpüsü" Təşəbbüsü iştirakçılarının öz ölkələrində həyata keçirdikləri fəaliyyətlər və əldə olunan nəticələr, həmçinin regiondakı vəziyyətin müzakirəsi daxildir.

Müzakirə sessiyaları isə cəmiyyət səviyyəsində sülhün təşviqi və sülh prosesinin növbəti mərhələlərində etimadın artırılması məsələlərinə həsr olunacaq.

TodayPress TV

PHOTOS

Ermənistan nümayəndələri Azərbaycana gəldilər — 1
Ermənistan nümayəndələri Azərbaycana gəldilər — 2
Ermənistan nümayəndələri Azərbaycana gəldilər — 3
Ermənistan nümayəndələri Azərbaycana gəldilər — 4
Ermənistan nümayəndələri Azərbaycana gəldilər — 5
Ermənistan nümayəndələri Azərbaycana gəldilər — 6
Ermənistan nümayəndələri Azərbaycana gəldilər — 7
NEWS FEED
01 AUGUST 2026
Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 All News