Əlilliyi olan şəxslər üçün xüsusi qərar — Yeni binalar belə tikiləcək

Əlilliyi olan şəxslər üçün xüsusi qərar — Yeni binalar belə tikiləcək
19.05.2026 17:10 Xarici siyasət

“Yaşayış binaları ilə yanaşı, xüsusilə evlərin yerləşdiyi ərazilərdə sosial təminat ehtiyacları – məktəb, ibadətgah, parklar, eləcə də su, ətraf mühit və çirkab suları kimi məsələlər daha çox bələdiyyələri maraqlandırır. Təbii ki, davamlı yaşayış yerləri tikmək və bu evlərdə yaşamaq lazımdır”.

TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun çərçivəsində keçirilən "Yerli həllərin miqyasının artırılması: Siyasət, idarəetmə və maliyyələşmə yolları" adlı paneldə çıxış edən Türkiyə Böyük Millət Məclisinin İctimai İşlər, Yenidənqurma, Nəqliyyat və Turizm Komitəsinin sədri Adil Karaismailoğlu deyib.

Komitə sədri diqqətə çatdırıb ki, mənzil təkcə tikinti deyil, həm də infrastrukturun ayrılmaz bir hissəsidir:

“Biz mənzili həmişə konstitusion bir haqq olaraq görürük. Məskunlaşma hüququ konstitusion bir hüquqdur və insan haqqıdır. Bunu təmin etmək isə dövlətin və idarəetmə orqanlarının vəzifəsidir. Biz bu istiqamətdə vacib işlər görürük”.

Adil Karaismailoğlu Türkiyədə mənzil ehtiyacını ödəmək üçün fəaliyyət göstərən Toplu Mənzil İdarəsindən (TOKİ) də bəhs edib:

“Türkiyədə mənzil ehtiyacını ödəmək üçün Toplu Mənzil İdarəsi adlı bir qurumumuz var. TOKİ son 20 il ərzində 1 milyon 760 mindən çox yaşayış binası inşa edərək vətəndaşlara təslim edib. Yəni 6 milyona yaxın vətəndaşımız məhz Toplu Mənzil İdarəsinin inşa etdiyi binalarda, mənzillərdə yaşayır”.

Çıxışının sonunda Komitə sədri yaşayış sahələrində əlçatanlıq və əlilliyi olan şəxslərin hüquqlarının vacibliyini qeyd edib:

“Təbii ki, binalar tikilərkən insanların ora rahat çıxışı da son dərəcə vacibdir. Xüsusilə də bu imkanlar yaradılarkən, əlilliyi olan şəxslərin də maneəsiz hərəkətini təmin etmək bizim ən əsas vəzifələrimizdən biridir”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 All News