Əli Əsədov Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış oldu

Əli Əsədov Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış oldu
11.06.2025 13:45 Xarici siyasət

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 11-də Özbəkistanın Baş naziri Abdulla Aripovla Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış olub.

TodayPress TV xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın hökümət başçısına “TEXNOPARK” barədə məlumat verilib. Qeyd olunub ki, “TEXNOPARK” MMC 2019-cu ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə yaranıb. “TEXNOPARK” yüksək texnologiyalı, rəqabətqabiliyyətli, ixracyönümlü və idxalı əvəz edən sənaye məhsullarının istehsalını təmin etmək məqsədilə yaradılıb. “TEXNOPARK” MMC-nin sahəsi 103 hektardan artıqdır.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ildə Özbəkistana rəsmi səfəri zamanı “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış olub.

Baş nazir Əli Əsədov burada istehsal olunan sənaye, texniki, elektron, inşaat və məişət məhsullarına baxıb.

Bildirilib ki, tərəfdaşları dünyanın aparıcı şirkətləri olan “TEXNOPARK” MMC-nin fəaliyyəti, eyni zamanda, geniş çeşiddə məişət texnikası istehsalı üzrə müəssisələrin, həmçinin yeni iş yerlərinin yaradılmasına yönəlib. Hazırda burada 13 istehsal obyekti fəaliyyət göstərir. Bunların sırasına lift, eskalator, elektron qaz sayğacları, məişət soyuducuları, sənaye kondisionerləri, soyutma sistemləri, paltaryuyan maşın və digərləri daxildir.

“TEXNOPARK” MMC-də 20 sənaye istiqaməti birləşib. Burada həmçinin logistik mərkəz də fəaliyyət göstərir, daxili və xarici bazarlara yönəlmiş geniş çeşiddə sənaye, texniki, elektron, tikinti və məişət məhsulları istehsal olunur.

FOTOLAR

Əli Əsədov Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış oldu — 1
Əli Əsədov Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış oldu — 2
Əli Əsədov Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış oldu — 3
Əli Əsədov Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış oldu — 4
XƏBƏR LENTİ
01 AVQUST 2026
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Bütün Xəbərlər