Ədliyyə naziri pakistanlı həmkarı ilə görüşdü

Ədliyyə naziri pakistanlı həmkarı ilə görüşdü
10.07.2025 18:05 Xarici siyasət

Azərbaycan və Pakistan arasında hüquqi sahədə əlaqələrin möhkəmləndirilməsi məqsədilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə naziri Azam Nazir Tararın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Bu barədə Nazirliyin Mətbuat xidmətindən TodayPress TV-yə verilən xəbərə görə, səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Ardınca Şəhidlər xiyabanı, Zəfər Parkı və Zəfər abidəsi ziyarət olunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi anılıb.

Daha sonra ədliyyə naziri Fərid Əhmədov pakistanlı həmkarı ilə görüş keçirib. Görüş zamanı iki ölkə arasında hüquqi sahədə mövcud əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb, həmçinin siyasi, iqtisadi, ticarət və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub.

Tərəflər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü ilin iyul ayında Pakistana dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu”nun əhəmiyyətinə toxunublar.

Memorandumun icrası məqsədilə görüşdə beynəlxalq müqavilə olmayan “Əməkdaşlıq Proqramı” imzalanıb. Proqram çərçivəsində rəqəmsal ədliyyə, ədalət mühakiməsində süni intellektin tətbiqi, hüquq sahəsində elmi tədqiqatların aparılması, eləcə də təhsil və tədrisin təşkil edilməsi, qanunvericiliyin işlənməsi, mübahisələrin alternativ həlli sahəsində əməkdaşlıq və digər aktual istiqamətlər üzrə təlimlərin təşkili planlaşdırılır. “Əməkdaşlıq Proqramı”nın icrası məqsədilə tərəflər Fəaliyyət Planının hazırlanması barədə də razılığa gəliblər.

Görüş zamanı Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlığın yüksək qiymətləndirildiyi bildirilib, qarşılıqlı səfər və təmasların hüquqi sahədə əməkdaşlığın daha da inkişafına töhfə verdiyi vurğulanıb. Həmçinin tərəflər gələcək əməkdaşlıq perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

FOTOLAR

Ədliyyə naziri pakistanlı həmkarı ilə görüşdü — 1
Ədliyyə naziri pakistanlı həmkarı ilə görüşdü — 2
Ədliyyə naziri pakistanlı həmkarı ilə görüşdü — 3
Ədliyyə naziri pakistanlı həmkarı ilə görüşdü — 4
Ədliyyə naziri pakistanlı həmkarı ilə görüşdü — 5
Ədliyyə naziri pakistanlı həmkarı ilə görüşdü — 6
Ədliyyə naziri pakistanlı həmkarı ilə görüşdü — 7
Ədliyyə naziri pakistanlı həmkarı ilə görüşdü — 8
Ədliyyə naziri pakistanlı həmkarı ilə görüşdü — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər