Ceyhun Bayramov polşalı həmkarı ilə müzakirələr apardı

Ceyhun Bayramov polşalı həmkarı ilə müzakirələr apardı
25.06.2026 15:11 Xarici siyasət

Xarici işlər naziri Ceyhun Bayramov Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransı (URC2026) çərçivəsində Polşanın Baş nazirinin müavini və xarici işlər naziri Radoslav Sikorski ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşılıb.

Bildirilib ki, görüşdə tərəflər Azərbaycan-Polşa münasibətlərində müşahidə olunan müsbət dinamikanı məmnunluqla qeyd edərək, ikitərəfli əlaqələrin möhkəmləndirilməsində müntəzəm siyasi dialoq və yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıblar.

Müzakirələr zamanı iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.

Ceyhun Bayramov həmkarına münaqişədən sonrakı dövrdə regionda baş verən proseslər, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi, eləcə də Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf işləri barədə məlumat verib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

TodayPress TV

NEWS FEED
25 JUNE 2026
Sabah hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq 17:50 Aralıq dənizi qarışdı, Rusiyanın gizli neft tankeri ələ keçirildi 17:48 Britaniya "böyüksüz qaldı", ruslar ələ salır – İstefaların ilginc səbəbi nədir? 17:37 Təyyarə yerə çırpıldı, ölənlər var - VİDEO 17:36 Savaş bitdi, Tehran sorğuya başladı: İrana zərbə vuran ABŞ təyyarələri haradan qalxıb? 17:33 Uşaqlar, prezidentinizə deyin ki, bizi müharibəyə sürükləsə... 17:25 Mədə yanması niyə olur? Səbəblər, qarşısını alma yolları və müalicə 16:12 Həftəsonu planı olanların DİQQƏTİNƏ: Hava kəskin dəyişir 17:16 Türkiyə və daha 6 ölkə üçün dünya çempionatı bitdi 17:09 Sübutsuz, hökmsüz Şvabe... 16:49 Prezident səfiri geri çağırdı - SƏRƏNCAM 16:40 "İntellektual gömrük" informasiya sistemi yaradılır 16:37 Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olundu 16:34 Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edildi 16:31 Beş nəfərə "general-mayor" ali hərbi rütbəsi verildi - SƏRƏNCAM 16:28 Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü - FOTO 16:17 Hiperkalsemiya nədir? Kalsium artıqlığının səbəbləri və müalicə üsulları 16:05 Bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi - FƏRMAN 16:00 Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak etdi 15:52 Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirildi 15:47 Qızlar imtahanlarda niyə daha yüksək nəticə göstərir? 15:21 Ceyhun Bayramov polşalı həmkarı ilə müzakirələr apardı 15:11 Paşinyan Azərbaycana görə hər kəsi qarşısına aldı 14:59 MM-in növbədənkənar sessiyasında bu məsələlər müzakirə olunacaq 14:59 Venesuelada ağır humanitar fəlakət: Ölənlərin sayısı 100 mini keçə bilər! - VİDEO - YENİLƏNDİ 2 10:00 All News