BTQ: Kanak xalqının gələcəyi saxta razılaşma ilə deyil, yalnız tam müstəqilliklə təmin olunmalıdır

BTQ: Kanak xalqının gələcəyi saxta razılaşma ilə deyil, yalnız tam müstəqilliklə təmin olunmalıdır
19.08.2025 16:30 Xarici siyasət

Kanakinin müstəqillik hərəkatlarının nümayəndələri ilə Fransa hökuməti arasında imzalanmış Bujival razılaşması Yeni Kaledoniyanı müstəmləkə əsarətində altında saxlamaq xarakteri daşıyır və kanak xalqının müstəqillik mübarizəsinin prinsiplərinə ziddir.

TodayPress TV xəbər verir ki, bu fikirlər Bakı Təşəbbüs Qrupunun (BTQ) Fransanın Yeni Kaledoniyaya münasibətdə müstəmləkəçilik siyasətini davam etdirmək cəhdlərinin pislənildiyi bəyanatında yer alıb.

BTQ-nin bəyanatında qeyd olunub ki, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) 45-ci qurultayında Fransanın Yeni Kaledoniyaya sırımağa çalışdığı Bujival razılaşması qətiyyətlə rədd edilib:

“Qurultay iştirakçıları 1998-ci ildə imzalanmış Numea Sazişinın Yeni Kaledoniyanın dekolonizasiyasının əsas hüquqi dayağı kimi təsdiqləndiyini və Bujival razılaşmasının Numea sazişinin müddəalarına tamamilə zidd olduğunu bəyan ediblər.

Qeyd edək ki, FLNKS “Kanaki Sazişi” çərçivəsində ölkənin müstəqilliyini elan etməyi nəzərdə tutur. “Kanaki Sazişi” yol xəritəsi rolunu oynayan və 2025-2030-cu illər arasında Yeni Kaledoniyanın tam suverenliyə hazırlanması üzrə keçid dövrünü ehtiva edən bir hüquqi sənəd olacaq. Həmçinin Fransa ilə müvəqqəti münasibətlər də məhz bu saziş əsasında müəyyənləşəcək.

FLNKS-in rəsmi sosial şəbəkə hesabında yayılan açıqlamada Bujival razılaşmasının dinc yolla rədd edildiyi və hərəkatın rəmzlərinin qürurla hər yerdə nümayiş etdirilməsinin vacibliyi xüsusi vurğulanıb. Əlavə olaraq kanak xalqının birliyi və qətiyyətinin dəyişməz olaraq qalacağı, onların ortaq gələcəyinin müdafiəsi uğrunda mübarizənin davam etdiriləcəyi bidirilib”.

Bəyanatda daha sonra Fransanın müxtəlif vasitələrlə Yeni Kaledoniyanı Bujival sazişi ilə şantaj etməyə çalışdığı vurğulanıb:

“Xatırladaq ki, Fransanın dənizaşırı ərazilər üzrə naziri Manuel Valls 19-23 avqust aralığında Yeni Kaledoniyaya baş tutacaq səfəri çərçivəsində Bujival sazişinin redaktə edilməsi üzrə müzakirələrə başlayacağını deyib.

Valls bildirib ki, bu saziş həyata keçirilməsə, Yeni Kaledoniya siyasi, iqtisadi və sosial böhran təhlükəsi ilə üzləşəcək. Fransalı nazirin Bujival sazişinə dair “alternativ mövcud deyil” bəyanatı isə Yeni Kaledoniyada açıq şəkildə şantaj və təzyiq siyasəti kimi qiymətləndirilib.

2025-ci il avqustun 21-də Bujival razılaşmasının redaksiya komitəsinin iclası keçiriləcək. İclasda Manuel Vallsın razılaşmanı şərh edəcəyi və əlavə dəyişikliklər təqdim edəcəyi gözlənilir. Kanakların aydın və qəti mövqeyinə baxmayaraq, bu cəhd bəhs olunan sənədin Fransa tərəfindən onlara zorla qəbul etdirilməsi siyasətinin davamı hesab olunur”.

Bakı Təşəbbüs Qrupunun bəyanatında kanak xalqının seçiminə hörmət ediləcəyi və dəstəklənəcəyi ifadə olunub. Eyni zamanda, kanak xalqının gələcəyinin saxta razılaşma ilə deyil, yalnız tam müstəqilliklə təmin olunmasının vacibliyi diqqətə çatdırılıb:

“Fransanın atdığı bu son addımlar beynəlxalq hüququn prinsiplərinə tam zidd olub, qəbuledilməz müstəmləkəçilik siyasətinin davamı kimi dəyərləndirilməlidir. Beynəlxalq hüququn fundamental prinsipləri və BMT-nin qətnamələri açıq şəkildə tələb edir ki, kanak xalqının gələcəyi heç bir güzəşt və ya saxta razılaşma ilə deyil, yalnız tam müstəqilliklə təmin olunmalıdır”.

XƏBƏR LENTİ
16 IYUN 2026
Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 Bütün Xəbərlər