BTQ: BMT-nin transatlantik qul ticarətinə dair qətnaməsini tam dəstəkləyirik

BTQ: BMT-nin transatlantik qul ticarətinə dair qətnaməsini tam dəstəkləyirik
30.03.2026 15:46 Xarici siyasət

Bakı Təşəbbüs Qrupu (BTQ) BMT Baş Assambleyasının qəbul etdiyi transatlantik qul ticarətini "bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət" kimi tanıyan qətnaməni tam dəstəklədiyini bəyan edir.

TodayPress TV xəbər verir ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda mübarizəsinə dəstək verməyi özünün əsas missiyalarından biri hesab edən BTQ qəbul olunmuş bu qətnaməni Afrika mənşəli xalqlara qarşı yüz illərdir davam edən müstəmləkəçi ayrı-seçkiliyin və tarixi ədalətsizliyin aradan qaldırılması istiqamətində irəliyə doğru atılmış mühüm addım hesab edir.

Məlumata görə, transatlantik qul ticarəti müstəmləkəçilik sisteminin ən amansız ifadəsi olmaqla milyonlarla insanı zorla kölə halına saımış, eyni zamanda bu xalqları iqtisadi, mədəni və sosial inkişafdan məhrum etmişdir. Həmin ağır mirasın nəticələri bu gün də davam etməkdədir.

BTQ reparasiya məsələsini maliyyə kompensasiyası olmaqla yanaşı, daha geniş ədalət anlayışının ayrılmaz hissəsi kimi dəyərləndirir, rəsmi üzrxahlıq, müstəmləkə dövründə talan edilmiş mədəni irs nümunələrinin geri qaytarılması, təhsil və ianə fondlarının yaradılması və bu cür cinayətlərin bir daha təkrarlanmamasına zəmanət verən beynəlxalq mexanizmlərin formalaşdırılması məsələsini dəfələrlə qaldırıb:

"Təşkilatımız Afrika mənşəli xalqların üzləşdiyi ədalətsizlikləri beynəlxalq platformalarda ardıcıl olaraq gündəmə gətirmiş və bu xüsusda 2024-cü ilin dekabrında və 2025-ci ilin aprelində BMT-nin Baş Qərargahında "Afrika əsilli xalqların hüquqları üzrə işçi qrupunun 35-ci sessiyası"nda və "Afrika əsilli şəxslərin Daimi Forumunun 4-cü sessiyası"nda fəal iştirak etmişdir. BTQ həmin sessiyalarda neokolonializmin aradan qaldırılması və müstəmləkəçiliyə məruz qalmış ərazilərdə Afrika əsilli xalqların hüquqlarının müdafiəsi məsələlərini bir daha gündəmə gətirib.

Həmçinin, müstəmləkə altında hələ də yaşayan afrika mənşəli xalqlarla bağlı çoxsaylı hesabatlar dərc edilmiş, görülən işlər barədə hesabat BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına təqdim edilib. BMT Baş Katibinin hesabatında Bakı Təşəbbüs Qrupuna istinad edilməsi isə təşkilatın beynəlxalq etimada malik tərəfdaş kimi tanındığını və müstəmləkəçiliyə məruz qalan xalqların səsini dünyaya çatdırmaqda mühüm platforma rolunu oynadığını təsdiq edir".

Bakı Təşəbbüs Qrupu BMT-yə üzv dövlətlərdən bu qətnamədən irəli gələn müddəaları praktiki addımlarla həyata keçirməyə, reparasiya üzrə dialoqu dərinləşdirməyə və tarixi ədalətin bərqərar edilməsi istiqamətində konkret öhdəliklər götürməyə çağırır.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 All News