Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirildi

Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirildi
10.12.2025 13:36 Xarici siyasət

Bakıda 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, BMT-nin Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi, Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışçılar günün əhəmiyyətindən və insan hüquqlarının qorunmasının vacibliyindən danışıblar.

K.Mabuçi vurğulayıb ki, qadın və qızlara qarşı zorakılıq insan hüquqlarının ən geniş yayılmış pozuntularından biri olaraq qalmaqdadır: "Bu dövrdə bizi birləşdirən universal dəyərlərə daha güclü şəkildə sadiq qalmalıyıq. Ümumi bəşəriyyətimizi qorumaq hər birimizin məsuliyyətidir. Buna görə də bu ilin əsas çağırışı insan hüquqları, həyatımızın fundamental dəyərləri və cəmiyyətin rifahı kimi vacib mövzulara diqqəti artırmaq olmalıdır".

A.Səfixanlı bildirib ki, Azərbaycanda hüquqlar yalnız bəyan edilməklə kifayətlənməmiş, onların müdafiəsi istiqamətində addımlar atılmış və çoxsəviyyəli hüquq müdafiə mexanizmləri yaradılmışdır: "Artıq iyirmi üç ildir Azərbaycanda hər kəsin hüquqlarını qorumağa yönəlmiş Ombudsman təsisatı fəaliyyət göstərir".

Sonra BMT-nin Baş katibi Antonio Quterreşin və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş videomüraciətləri dinlənilib.

Tədbirdə, həmçinin Ombudsman tərəfindən "Konstitusiya və Suverenlik medianın gözü ilə" və "Konstitusiya və Suverenlik uşaqların gözü ilə" mövzularında elan olunmuş jurnalist yazı və uşaq rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 All News