Baş Prokuror "GlobE Network" çərçivəsində 6-cı plenar iclasın açılış mərasimində çıxış etdi - YENİLƏNDİ

Baş Prokuror "GlobE Network" çərçivəsində 6-cı plenar iclasın açılış mərasimində çıxış etdi - YENİLƏNDİ
20.05.2025 10:03 Xarici siyasət

Tədbirdə müxtəlif ölkələrin hüquq mühafizə orqanlarını təmsil edən 50-yə yaxın rəhbər vəzifəli şəxslər iştirak edir. 

Əsas mövzusu “Korrupsiyaya qarşı mübarizədə yeni texnologiyalar və süni intellektin tətbiqi imkanları” olan Plenar İclasda korrupsiya nəticəsində əldə edilmiş vəsaitlərin müsadirəsi, əldə edilmiş aktivlərin birbaşa bərpası, maliyyə əməliyyatlarında şübhəli əməliyyatların dayandırılması, cinayət prosesində bank hesablarının sürətli dondurulması üzrə beynəlxalq əməkdaşlıq, korrupsiyaya qarşı mübarizədə ictimai maarifləndirmə və digər alt mövular üzrə panel, sessiya və paralel tədbirlərdə 100-dən artıq çıxış nəzərdə tutulur. 

Bu barədə TodayPress TV-yə Baş Prokurorluqdan məlumat verilib.

Eyni zamanda, Plenar İclas çərçivəsində Azərbaycan Respublikası Prokurorluğunun təşəbbüsü ilə “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar, habelə ölkəmizin COP29 sədrliyi ilə bağlı ekoloji hüquqpozmalara qarşı mübarizə ilə bağlı xüsusi sessiya və paralel tədbirlər də keçiriləcəkdir. 

Bundan başqa, tədbirdə çoxsaylı ikitərəfli görüşlərin keçirilməsi və qarşılıqlı əməkdaşlığa dair memorandumların imzalanması planlaşdırılır. 

Tədbirdə ilk çıxış edən Baş Prokuror Kamran Əliyev bildirib ki, Azərbaycan son illər qlobal təşəbbüslərə ev sahibliyi edən mühüm beynəlxalq mərkəzə çevrilib.

Təkcə ötən il ölkəmiz BMT-nin COP29 İqlim Konfransına və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik toplantısına ev sahibliyi etmiş, hüquq-mühafizə orqanlarının ətraf mühit cinayətlərinə qarşı mübarizəsinə dair yüksək səviyyəli sessiya da daxil olmaqla, bir sıra vacib tədbirlər uğurla təşkil olunub. 

Onun sözlərinə görə, Azərbaycan son illər qlobal təşəbbüslərə ev sahibliyi edən mühüm beynəlxalq mərkəzə çevrilmişdir. Təkcə ötən il ölkəmiz BMT-nin COP29 İqlim Konfransına və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik toplantısına ev sahibliyi etmiş, hüquq-mühafizə orqanlarının ətraf mühit cinayətlərinə qarşı mübarizəsinə dair yüksək səviyyəli sessiya da daxil olmaqla, bir sıra vacib tədbirlər uğurla təşkil olunub: 

"Azərbaycan GLOBE Şəbəkəsinin fəal üzvü olaraq bu platformanı yüksək qiymətləndirir. Bu şəbəkə beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, dürüstlüyün təşviqinə və transmilli korrupsiyaya qarşı birgə mübarizəyə töhfə verir. Bu təşəbbüsün yaranması və inkişafında Səudiyyə Ərəbistanı Krallığının və xüsusilə onun korrupsiyaya qarşı mübarizə orqanı olan “Nazaha” təşkilatının əvəzsiz rolu olub. Biz bu mühüm qlobal təşəbbüsə verdikləri töhfəni və göstərdikləri liderliyi yüksək dəyərləndiririk". 

Daha sonra BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Korrupsiya və İqtisadi Cinayətlər Şöbəsinin rəhbəri Bricit Strobel-Şou deyib ki, bu gün korrupsiyaya qarşı mübarizəyə sadiqliyimizi buradan vurğulayırıq. Korrupsiya sərhəd tanımır, qanunvericilik boşluqlarında gizlənir. 

Onun sözlərinə görə, əməkdaşlıq ən güclü şəbəkədir:

"Bu səbəblə korrupsiyanın qarşısını almaq üçün hər biur şeyi etməliyik. Bizim bu sessiyalar zamanı bilikləri bölüşmək imkanımız yaranacaq. Burada həmçinin qanunvericilik prioritetlərini müəyyən edə bilərik. Bu platforma müvafiq orqanlar arasında əlaqələrin qurulması üçün vacibdir".

***

09:31

Bakı şəhəri BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – "GlobE Network" çərçivəsində altıncı plenar iclas keçirilir. 

TodayPress TV xəbər verir ki, tədbirdə 92 ölkədən 120-dən çox dövlət qurumu, o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan ümumilikdə 300-dən artıq nümayəndə fiziki, 60-dan artıq iştirakçı isə onlayn formatda iştirak edir. 

Panellərdə, sessiya və paralel tədbirlərdə 100-dən artıq çıxış planlaşdırılır.

FOTOLAR

Baş Prokuror "GlobE Network" çərçivəsində 6-cı plenar iclasın açılış mərasimində çıxış etdi - YENİLƏNDİ — 1
Baş Prokuror "GlobE Network" çərçivəsində 6-cı plenar iclasın açılış mərasimində çıxış etdi - YENİLƏNDİ — 2
Baş Prokuror "GlobE Network" çərçivəsində 6-cı plenar iclasın açılış mərasimində çıxış etdi - YENİLƏNDİ — 3
Baş Prokuror "GlobE Network" çərçivəsində 6-cı plenar iclasın açılış mərasimində çıxış etdi - YENİLƏNDİ — 4
Baş Prokuror "GlobE Network" çərçivəsində 6-cı plenar iclasın açılış mərasimində çıxış etdi - YENİLƏNDİ — 5
Baş Prokuror "GlobE Network" çərçivəsində 6-cı plenar iclasın açılış mərasimində çıxış etdi - YENİLƏNDİ — 6
Baş Prokuror "GlobE Network" çərçivəsində 6-cı plenar iclasın açılış mərasimində çıxış etdi - YENİLƏNDİ — 7
XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər