Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmələr keçiriləcək

Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmələr keçiriləcək
28.11.2025 18:02 Xarici siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tailand Parlamentinin nəzdində fəaliyyət göstərən Kral Prajadhipok İnstitutunun Baş katibi İssara Sereevatthanavutu qəbul edib.

Bu barədə TodayPress TV-yə Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan ilə Tailand arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, o cümlədən parlament diplomatiyası, beyin mərkəzləri arasında əlaqələr və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Azərbaycanın beynəlxalq platformalarda fəal roluna diqqət çəkərək ölkənin Qoşulmama Hərəkatına, COP29-a və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (CICA) sədrliyi, irəli sürülən təşəbbüslərin qlobal əməkdaşlığa verdiyi töhfə barədə məlumat verib. Növbəti il ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13), BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyası (UNESCAP) və CICA sammitləri barədə məlumat verərək bu tədbirlərin regiondaxili və beynəlxalq dialoqa əlavə dəyər qatacağını bildirib.

Görüşdə, həmçinin Kral İnstitutunun Azərbaycan beyin mərkəzləri ilə təmasları və bu çərçivədə aparılan əməkdaşlıq perspektivləri, eləcə də iki ölkə arasında Xarici İşlər Nazirlikləri arasında qarşıdan gələn məsləhətləşmələrin təşkili məsələləri müzakirə olunub.

Tərəflər Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatının fəaliyyəti, həmçinin Azərbaycan Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu çərçivəsində qarşılıqlı parlament əməkdaşlığının genişlənməsinin əhəmiyyətini qeyd ediblər.

Eyni zamanda, Azərbaycan tərəfindən həyata keçirilən təqaüd proqramları, təhsil mübadiləsi imkanları, turizm sahəsində əməkdaşlıq və qarşılıqlı yüksək səviyyəli səfərlərin təşkili məsələləri görüşün diqqət mərkəzində olub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər nəzərdən keçirilib.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 All News