Azərbaycana ADPA-da müşahidəçi statusu verildi

Azərbaycana ADPA-da müşahidəçi statusu verildi
27.01.2026 17:08 Xarici siyasət

Aralıq Dənizi Parlament Assambleyasının (ADPA) Büro iclasında Milli Məclisə müşahidəçi statusunun verilməsi ilə bağlı müraciət təsdiqlənib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən TodayPress TV-yə verilən xəbərə görə, bunu bu gün Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri çərçivəsində Aralıq Dənizi Parlament Assambleyasının (ADPA) sədri Cülio Çentemero ilə görüşdə bildirib.

Görüşdə Milli Məclisin sədri ADPA-nın Qadın Parlament Forumunun 2-ci sessiyasının əhəmiyyətindən danışıb və Azərbaycan parlamentinin bu qurumla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Sahibə Qafarova dünən ADPA-nın Büro iclasında Milli Məclisə müşahidəçi statusunun verilməsi ilə bağlı müraciətin təsdiqindən məmnunluğunu bildirib və yekun qərar verildikdən sonra bu statusun qarşılıqlı parlamentlərarası əlaqələrin inkişafı üçün yeni imkanlar yaradacağına inamını ifadə edib.

Aralıq Dənizi Parlament Assambleyasının sədri Cülio Çentemero diqqətə çatdırıb ki, ADPA da Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Söhbətdə QHPŞ və ADPA arasında əməkdaşlıq, qarşılıqlı müşahidəçi statuslarının verilməsi barədə də danışılıb. Bildirilib ki, hər iki təşkilatda oxşar məsələlərin müzakirə olunması əməkdaşlıq üçün yaxşı imkanlar yaradır.

Söhbət zamanı ADPA sədri Cülio Çentemero bu təşkilatın məşğul olduğu məsələlər və onun fəaliyyəti barədə məlumat verib.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 All News