Azərbaycan XİN Nyu-York merinin bəyanatını rədd edir - SƏBƏB

Azərbaycan XİN Nyu-York merinin bəyanatını rədd edir - SƏBƏB
25.04.2026 14:49 Xarici siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Nyu-York meri Zohran Məmdaninin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatını pisləyib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “X” hesabında bildirib.

Ayxan Hacızadə qeyd edib ki, ictimai fiqurlar məsuliyyətli davranmalı, dezinformasiya yaymaqdan çəkinməli və siyasi motivli, tarixi baxımdan yanlış bəyanatlarla parçalanmanı dərinləşdirmək əvəzinə barışığa töhfə verməlidirlər:

“Nyu-York merinin təhrikedici bəyanatını rədd edirik. Bu cür fikirlər regionun tarixi və reallıqları barədə anlayışın yetərsiz olduğunu göstərir və faktları siyasi məqsədlər üçün təhrif edir.

2020-ci ildə Azərbaycan beynəlxalq səviyyədə tanınmış suveren əraziləri daxilində beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun hərəkət edib.

2023-cü ildə həyata keçirilən antiterror tədbirləri 30 il davam edən qanunsuz işğaldan sonra Azərbaycanın konstitusiya quruluşunun bərpası ilə nəticələndi”.

XİN rəsmisi vurğulayıb ki, Nyu-York merinin “qovulma” iddiaları həqiqəti əks etdirmir. Belə ki, bunun əksinə olaraq erməni sakinlərə reinteqrasiya, tam bərabər hüquqlar və təhlükəsizlik təminatları təklif edilib, lakin Zohran Məmdani bunu nəzərə almayıb.

“Xüsusilə narahatedicidir ki, seçilmiş bir vəzifəli şəxs işğal dövründə yüz minlərlə azərbaycanlıya qarşı törədilmiş etnik təmizləmə və qırğınları, eləcə də mədəni və dini irsin məhv edilməsini görməzdən gələrək birtərəfli narrativləri təbliğ edir. Bu cür məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir və dərhal silinməlidir”, - Ayxan Hacızadə əlavə edib.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 All News