Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi - YENİLƏNDİ 3

Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi - YENİLƏNDİ 3
08.04.2026 17:10 Xarici siyasət

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev ilə görüşüb.

Bu barədə TodayPress TV-yə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nazirlər arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Görüş zamanı Azərbaycan ilə Qazaxıstan arasında strateji münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub və bu münasibətlərdən irəli gələn məsələlər, eləcə də regional vəziyyət ətrafında geniş müzakirə aparılıb.

Ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin dinamikasının ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

Bildirilib ki, iki ölkə arasında əməkdaşlıq son illərdə daha da intensivləşərək iqtisadiyyat, ticarət, enerji, sənaye, nəqliyyat-logistika, rəqəmsallaşma və texnologiya, kənd təsərrüfatı, turizm, mədəni, humanitar və təhsil sahələrini əhatə edən çoxşaxəli əməkdaşlıq formatına çevrilib.

Qarşılıqlı sərmayələr, o cümlədən 300 milyon ABŞ dolları həcmində investisiya fondunun yaradılması iqtisadi əməkdaşlığın inkişafında mühüm istiqamət kimi qeyd olunub.

Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, qeyri-neft sektorunda birgə layihələrin həyata keçirilməsi və regional bağlantıların gücləndirilməsi istiqamətində mövcud potensialın əməkdaşlığın gələcək inkişafına geniş imkanlar yaratdığı xüsusilə vurğulanıb.

Orta Dəhliz üzrə əməkdaşlığın strateji əhəmiyyəti vurğulanaraq bu marşrutun Avropa ilə Asiya arasında yükdaşımaların artmasına töhfə verdiyi və tranzit potensialının gücləndirilməsinin mühüm istiqamət olduğu diqqətə çatdırılıb.

Mərkəzi Asiya regionu ilə intensiv dialoqun inkişafı, o cümlədən C6 formatı çərçivəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, beynəlxalq və regional platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə olunub və bu platformalarda qarşılıqlı dəstək mexanizmlərinin gücləndirilməsi diqqət mərkəzində olub.

Tərəflər Yaxın Şərqdəki gərginlikdən ciddi narahatlıqlarını ifadə edərək, münaqişələrin yalnız diplomatik vasitələrlə həllinin əhəmiyyətini vurğulayıblar. İran və ABŞ arasında əldə olunmuş atəşkəs alqışlanıb.

Nazir Ceyhun Bayramov həmkarına Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, eləcə də azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq fəaliyyətləri və keçmiş məcburi köçkünlərin qayıdışı barədə məlumat verib.

İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan tərəfinin dəstəyi ilə inşa olunmuş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə görə təşəkkür ifadə olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

TodayPress TV

***

13:08

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayev arasında geniştərkibli görüş keçirilir.

TodayPress TV xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

Azərbaycan və Qazaxıstan iqtisadiyyat, ticarət, enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, texnologiya və rəqəmsal sahələrdə artan əməkdaşlığı qeyd edərək güclü strateji əlaqələri bir daha təsdiqləyiblər.

Nazirlər həmçinin Orta Dəhlizin Avropa-Asiya ticarətinin artırılmasında rolunu və tranzit infrastrukturuna və regional bağlantıya töhfə verən birgə layihələrin əhəmiyyətini vurğulayıblar.

Hər iki tərəf Yaxın Şərqdə gərginlikdən narahatlıq ifadə edib, tərəflər arasında əldə olunmuş atəşkəsin regiona sabitlik və sülh gətirəcəyinə ümid etdiklərini bildiriblər.

Nazirlər həmçinin digər regional və qlobal təhlükəsizlik çağırışlarını müzakirə ediblər.

Nazir Ceyhun Bayramov həmçinin həmkarını Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma və sülh prosesi barədə məlumatlandırıb.

TodayPress TV

***

12:22

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayevinin təkbətək görüşü keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

***

12:05

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayevi qarşılayıb.

TodayPress TV xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

PHOTOS

Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi - YENİLƏNDİ 3 — 1
Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi - YENİLƏNDİ 3 — 2
Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi - YENİLƏNDİ 3 — 3
Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi - YENİLƏNDİ 3 — 4
Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi - YENİLƏNDİ 3 — 5
Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi - YENİLƏNDİ 3 — 6
Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi - YENİLƏNDİ 3 — 7
NEWS FEED
01 AUGUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 All News