Azərbaycan və İran arasında yeni əməkdaşlıq
İranın idman və gənclər naziri Əhməd Dünyamalinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
TodayPress TV xəbər verir ki, səfər çərçivəsində İran nümayəndə heyəti əvvəlcə Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, daha sonra Şəhidlər Xiyabanı və Zəfər abidəsində Azərbaycanın şəhid övladlarının xatirəsini yad edib.
Daha sonra Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov İranın idman və gənclər naziri Əhməd Dünyamali ilə görüş keçirib.
Görüşdə gənclər və idman sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunub.
Görüşün sonunda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında 2026–2028-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı imzalanıb.
Səfər çərçivəsində İran nümayəndə heyətinin Bakıda bir sıra idman qurğuları ilə tanış olacağı bildirilib.