Azərbaycan və Gürcüstan arasındakı tərəfdaşlıq münasibətləri müzakirə edildi

Azərbaycan və Gürcüstan arasındakı tərəfdaşlıq münasibətləri müzakirə edildi
22.07.2025 15:32 Xarici siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində ölkə parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Ş.Papuaşvili bildirib ki, Azərbaycan-Gürcüstan əlaqələri zamanın və mürəkkəb qlobal proseslərin sınağından uğurla keçib:

"Bu münasibətlər dünya üçün çətin olan dövrlərdə də sınaqdan keçir və davamlılığını sübut edir. Hesab edirəm ki, bu cür çağırışlı zamanlarda Gürcüstan və Azərbaycan kimi tərəfdaş ölkələrin münasibətləri xüsusi əhəmiyyət daşıyır".

Ceyhun Bayramov isə öz çıxışında qeyd edib ki, ikitərəfli əlaqələrin bu səviyyəyə çatması uzunmüddətli əməkdaşlığın, dostluğun və etimadın nəticəsidir.

Görüş zamanı tərəflər regional və beynəlxalq gündəmdə olan aktual məsələlər, eləcə də qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, C.Bayramovun səfəri çərçivəsində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze ilə də görüşləri planlaşdırılıb.

XƏBƏR LENTİ
31 IYUL 2026
Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Bütün Xəbərlər