Azərbaycan və Gürcüstan arasında qaz sazişi 20 il uzadıldı - Kobaxidze

Azərbaycan və Gürcüstan arasında qaz sazişi 20 il uzadıldı - Kobaxidze
21.05.2026 01:30 Xarici siyasət

"Azərbaycanla qaz tədarükü ilə bağlı mövcud olan 20 illik müqavilənin müddəti daha 20 il uzadılıb".

TodayPress TV xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu barədə "Imedi LIVE" telekanalının efirində danışıb.

Hökumət başçısı vurğulayıb ki, enerji sahəsində qaldırılan bütün məsələlər konkret danışıqlar və razılaşmalar yolu ilə həllini tapıb. Onun sözlərinə görə, Azərbaycanla imzalanan müqavilələr Gürcüstan üçün fundamental əhəmiyyət daşıyır:

"Son illərdə Orta Dəhlizin rolu əhəmiyyətli dərəcədə artıb və 2020-ci ildən etibarən bu marşrut üzrə yük dövriyyəsi yeddi dəfə yüksəlib. Odur ki, biz bu imkanlardan maksimum istifadə etməliyik. Azərbaycanda imzalanan razılaşmalar müxtəlif istiqamətləri əhatə edir və onların hamısı Gürcüstanın tranzit funksiyasının inkişafına xidmət göstərəcək".

Baş nazir qeyd edib ki, qaz idxalı və tranziti ilə bağlı əldə olunan razılaşmalar ölkənin enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıyır:

"Ən vacibi odur ki, biz lazımi həcmdə qaz əldə etdik. Bu isə ölkəmizin enerji təhlükəsizliyi üçün son dərəcə vacibdir".

Baş nazir Azərbaycan tərəfinə təşəkkür edərək bildirib ki, aparılan danışıqlar iki hökumət arasında standart proses deyil, dostlar arasında dialoq xarakteri daşıyıb:

"Son üç ildə fəaliyyəti dayandırılan Bakı-Tbilisi-Supsa boru kəmərinin işi də bərpa olunacaq. Bu layihənin dayanması Gürcüstana hər il on milyonlarla lari həcmində potensial gəlir itkisinə səbəb olurdu. Bakı-Tbilisi-Qars dəmir yolu ayın sonunda fəaliyyətə başlayacaq və Gürcüstanla Azərbaycan arasında sərnişin dəmir yolu əlaqəsi bərpa olunacaq. Bütün bu razılaşmalar Gürcüstanın iqtisadi cəhətdən güclənməsi və regiondakı tranzit rolunun daha da artması üçün fundamental əhəmiyyətə malikdir".

NEWS FEED
01 AUGUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 All News