Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ
21.07.2026 14:12 Xarici siyasət

İyulun 21-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub.

TodayPress TV xəbər verir ki, Almaniya Prezidenti Azərbaycana səfərini məmnunluqla xatırladı.

Frank-Valter Ştaynmayer dünyada və regionda cərəyan edən hadisələr fonunda Azərbaycanı və Almaniyanı sabitlik adası kimi xarakterizə etdi.

O, Azərbaycan-Ermənistan sülh gündəliyində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırdı.

Almaniya Prezidenti Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi qeyd etdi.

Dövlətimizin başçısı da öz növbəsində Frank-Valter Ştaynmayerin ölkəmizə səfərini məmnunluqla xatırladı.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola toxunan Prezident İlham Əliyev ölkəmizin artıq Almaniya və Avstriyaya da qaz ixrac etdiyini dedi.

Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında münasibətlərin dostluq xarakteri daşıdığı qeyd edildi, iqtisadi və biznes əlaqələrinin inkişafı üçün geniş imkanların olduğu bildirildi, dövlətimizin başçısının Almaniyaya bu səfərinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcəyinə əminlik ifadə olundu.

Bu səfər zamanı Azərbaycan-Almaniya əlaqələrinin strateji mahiyyət kəsb etməsi ilə əlaqədar Prezident İlham Əliyev və Kansler Fridrix Mertsin imzalayacağı “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin əhəmiyyəti vurğulandı.

Görüşdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri xatırlandı, bu xüsusda Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı qeyd edildi.

Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti və bu dəhlizdə Azərbaycanın önəmli roluna toxunuldu, Yaxın Şərqdə yaranmış vəziyyət barədə fikir mübadiləsi aparıldı.

TodayPress TV

***

13:02

İyulun 21-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub.

FOTOLAR

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ — 1
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ — 2
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ — 3
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ — 4
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ — 5
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ — 6
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ — 7
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ — 8
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ — 9
XƏBƏR LENTİ
21 IYUL 2026
Prezident və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 15:55 İlham Əliyev Almaniyada xatirə kitabına nə yazdı? - FOTO 21:06 Çempionlar Liqası: "Sabah" - "KuPS" oyununda İLK QOL - YENİLƏNDİ 20:02 Prezident ilə Fridrix Mertsin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 15:47 Ukrayna Qərb silahlarını artıq özü istehsal edəcək 20:50 Gəncə və Samuxda baş verən kütləvi zəhərlənmələrin səbəbi bu imiş 20:39 Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama 20:28 “Kanada bizsiz yaşaya bilməz” - Tramp 20:14 “İran üçün hər cür imkan yaradıldı” - Heqset 19:58 Ağ Evdə kritik görüş: Tramp Livanlı həmkarı ilə 19:46 İlham Əliyev Almaniyadan yeni görüntülər paylaşdı - VİDEO 19:36 Minlərlə insan sudan zəhərləndi, rəhbərlər həbs olundu 19:30 Ermənilər Azərbaycana güləşməyə gəlir 19:22 Sürücülərin NƏZƏRİNƏ! Bu yol bağlanacaq 19:10 Paytaxtda yanğın başlayıb - Əraziyə çoxsaylı yanğınsöndürənlər göndərildi 18:56 Lukaşenko pis işləyən məmurları Ukrayna sərhədinə “ezamiyyət”ə yollayacaq 18:51 İlham Əliyev Bakıda baş verdiyi iddia edilən gizli görüşdən danışdı 18:35 Zelenski TƏCİLİ müşavirə keçirdi - Rusiya yeni istiqamətdən hücuma hazırlaşır 18:26 İran Küveytə zərbələr endirir - TƏCİLİ - VİDEO 18:14 Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? 18:06 Başçısız qalan icra hakimiyyətləri - SİYAHI 17:46 Almaniya Qarabağda mina təmizləyəcək 17:38 Paşinyan nə qədər və hara qədər qaça biləcək? - AÇIQLAMA 17:11 İki dövlət məsləhətləşmələr aparacaq 17:35 Kəndimizdə məhsul yerlə birdir, meyvə qurusunu isə xaricdən daşıyırıq... 17:10 Bütün Xəbərlər